Fanat.az
İngiltərənin son çempionu "Arsenal"da kadr dəyişikliyi reallaşıb.
Fanat.Az xəbər verir ki, "topçular" baş həkimi Zəfər İqballa yollarını ayırıb.
İnformasiyanı "The Telegraph" yayıb. Mənbənin məlumatına görə, 51 yaşlı mütəxəssis işdən çıxarıldığı barədə ötən gün bildiriş alıb. Qərarın rəsmi səbəbləri açıqlanmayıb, lakin klub kadr dəyişikliyini komandanın ötən mövsüm yaşadığı problemlərlə əlaqələndirir. Klubda işlədiyi müddətdə bir neçə əsas oyunçu zədə səbəbindən xeyli müddət meydandan kənar qalıb. Uzun müddət xəstəxanada qalan oyunçular arasında Martin Odeqaar, Bukayo Saka və Kay Havertz var. Zədələrin çoxluğu səbəbindən klub rəhbərliyi mövsümün gedişində tibbi və fiziki hazırlıq şöbələrində daxili yoxlama başlatmışdı.
İqbal 2024-cü ilin fevral ayından bəri "Arsenal"da çalışırdı. O, idman təbabəti və fitnes şöbəsinin idarə olunmasından məsul olub.
"Arsenal"a qoşulmazdan əvvəl Zəfər İqbal "Liverpul", "Tottenhem" və "Kristal Palas" klublarında çalışıb, eləcə də İngiltərə Futbol Assosiasiyasının Peşəkar Tibb Cəmiyyətinin rəhbəri olub. Beləliklə, London klubu indi 2026/27 mövsümünün başlamasından əvvəl tibbi xidmətlər üzrə yeni rəhbər axtaracaq.
Premyer Liqanın debütantı “Şəfa” növbəti transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, Bakı klubu qapıçı Nicat Mehbalıyevi heyətinə qatıb.
Məlumatı klubun mətbuat xidməti yayıb. Qolkiperlə 1 illik müqavilə imzalanıb.
Nicat Mehbalıyev son olaraq “Sabah”ın formasını geyinib və ötən mövsüm Misli Premyer Liqasının və Bizon Azərbaycan kubokunun qalibi olub.
25 yaşlı qapıçı karyerası ərzində “Qarabağ”ın da üzvü olub. O, müxtəlif vaxtlarda icarə əsasında “Sumqayıt” və “Qəbələ” klublarında çıxış edib.
"Liverpul"un cinah hücumçusu Kodi Qakpo iş yerini dəyişə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "TEAMtalk" yayıb.
Məlumata görə, 27 yaşlı futbolçu üç Avropa klubunun - "Tottenhem", "Aston Villa" və "Atletiko Madrid"in radarına düşüb. Amma "qırmızılar" Qakponu dəyişməyə hazırlaşır. Mersisayd klubunun bu mümkün mübadilədə əsas hədəfi Almaniyanın "Leypsiq" komandasının vingeri Yan Diomandedir. İngilislər Diomandeni Məhəmməd Salahın ideal varisi kimi görür.
Qeyd edək ki, Niderland millisinin üzvünün İngiltərə klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Cinah oyunçusu 2025/26 mövsümündə "qırmızılar"ın heyətində bütün yarışlarda 51 oyun keçirib, 9 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" oyunçunu 60 milyon avro dəyərində qiymətləndirir.
Mirağa
Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan klublar 2026/2027 mövsümü üçün transfer fəaliyyətlərinə start veriblər.
Qeyd edək ki, yay "transfer pəncərə"si iyunun 19-da açılacaq. Klublar transferlərini 10 sentyabr (10 sentyabr saat 23:59-dək) tarixində başa çatdıracaqlar. Bundan sonra yalnız azad agentlərin keçidi mümkün olacaq.
Fanat.Az elita təmsilçilərinin transfer bazarındakı fəaliyyətini təqdim edir:
Sabah
Gələnlər:
Gedənlər: Nicat Mehbalıyev, Pavol Şafranko, Cessi Sekidika, Amin Seydiyev.
Müqavilə müddətini artıranlar: Stas Pokatilov, Timoteuş Puxaç, Coy-Lens Mikels, Velko Simiç, Tellur Mütəllimov.
Qarabağ
Gələnlər: Jali Muaddib ("Omoniya", Kipr), Zakaria Savo ("Yurqorden", İsveç)
Gedənlər: Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae (icarədən qayıdıb), Toral Bayramov ("Bursaspor", Türkiyə)
Müqavilə müddətini artıranlar:
Turan Tovuz
Gələnlər:
Gedənlər:
Müqavilə müddətini artıranlar:
Neftçi
Gələnlər: Rüfət Abbasov ("Şamaxı")
Gedənlər: Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin, Murad Məmmədov ("Pafos", Kipr)
Müqavilə müddətini artıranlar:
Zirə
Gələnlər:
Gedənlər: Rüfət Abdullazadə (icarə müddəti bitib), Ceyhun Nuriyev, Eldar Quliyev, Leroy Mikels, Stefan Akka, Tyaqo Silva.
Müqavilə müddətini artıranlar:
Araz Naxçıvan
Gələnlər:
Gedənlər: Andrey Demçenko (baş məşqçi), Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriques, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos, Ba-Muaka Simakala.
Müqavilə müddətini artıranlar: Tərlan Əhmədli, Slavik Alxasov, Ömər Buludov.
Sumqayıt
Gələnlər:
Gedənlər: Saşa İliç (baş məqşçi), Aleksandr Ramalinqom, Rayan Senhadji
Müqavilə müddətini artıranlar:
Şamaxı
Gələnlər: Azər Bağırov (baş məşqçi)
Gedənlər: Ayxan Abbasov (baş məşqçi), Karim Rossi, Rüfət Abbasov ("Neftçi"), Emil Süleymanov, Ramiz Muradov, Davud Mansumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandeş, Andrey Tırkovyanu, Arsen Ağcabəyov, Rafael Məhərrəmli, Vladislav Veremeyev, Nihat Mehrəlıyev, Bilal İsmayılov, Sezar Enrike, Alfons Mabula Msanqa.
Müqavilə müddətini artıranlar:
İmişli
Gələnlər:
Gedənlər:
Müqavilə müddətini artıranlar: Tuncay Yusifli
Kəpəz
Gələnlər:
Gedənlər: Azər Bağırov (baş məşqçi), Rauf Hüseynli ("Şəfa").
Müqavilə müddətini artıranlar: Əli Səmədov, Rəhman Hacıyev, Dioqo Verdaska.
Qəbələ
Gələnlər:
Gedənlər: İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov (icarə müddəti bitib). Murad Musayev, Rza Cəfərov (icarə müddəti bitib), Sambu Sissoko (icarə müddəti bitib).
Müqavilə müddətini artıranlar:
Şəfa
Gələnlər: Zaur Həşimov (baş məşqçi), Rauf Hüseynli ("Kəpəz").
Gedənlər: Elgiz Kərəmli (baş məşqçi).
Müqavilə müddətini artıranlar:
U-21 Qırğızıstanla üz-üzə
Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, U-21 hazırlıq çərçivəsində ikinci oyununda Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
“Sav” stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, Rəşad Eyyubovun baş məşqçisi olduğu millimiz iyunun 6-da keçirilən ilk sınaq matçında Bəhreynə 3:0 hesabı ilə qalib gəlib.
İngiltərə millisinin üzvü Çempionşipdə oynayacaq
Çempionşipdə çıxış edən "Vulverhempton" təcrübəli müdafiəçi Kiran Trippyerlə müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, keçidi klubun mətbuat xidməti rəsmən elan edib.
O, kluba pulsuz başa gəlib. 35 yaşlı futbolçu 2 illik müqavilə imzalayıb. Yeni baş məşqçi Rob Edvardsın istəyinə görə komandaya cəlb olunan Trippyer komandanın Premyer Liqaya qayıtmasına kömək etməlidir.
O, bundan əvvəl "Nyukasl"da oynayıb və son 4 ili orada keçirib, komandanın əsas oyunçusu olub. Trippyer həmçinin "Tottenhem", "Atletiko Madrid" və "Börnli" kimi klublarda da çıxış edib. O, İngiltərə millisində 54 oyun keçirib.
Fanat.Az həftəiçi TV vasitəsilə yayımlanacaq oyunların siyahısını təqdim edir:
9 iyun (çərşənbə axşamı)
Yoldaşlıq oyunu
06.00. Peru - İspaniya (S Sport+)
22.00. Azərbaycan - San Marino (CBC Sport)
10 iyun (çərşənbə)
Yoldaşlıq oyunu
05.00. Argentina - İslandiya (S Sport+)
23.45. Portuqaliya – Nigeriya (CBC Sport)
00.00. İngiltərə - Kosta Rika (S Sport+)
11 iyun (cümə axşamı)
DÇ-2026
23.00. Meksika - CAR (İctimai TV, TRT 1, TRT Spor)
12 iyun (cümə)
DÇ-2026
06.00. Cənubi Koreya - Çexiya (İctimai TV, TRT Spor)
23.00. Kanada - Bosniya və Herseqovina (İctimai TV, TRT Spor)
13 iyun (şənbə)
DÇ-2026
05.00. ABŞ - Paraqvay (İctimai TV, TRT 1, TRT Spor)
23.00. Qətər - İsveçrə (İctimai TV, TRT 1, TRT Spor)
14 iyun (bazar)
DÇ-2026
02.00. Braziliya - Mərakeş (İctimai TV, TRT 1, TRT Spor)
05.00. Haiti - Şotlandiya (İctimai TV, TRT 1, TRT Spor)
08.00. Avstraliya - Türkiyə (İctimai TV, TRT 1, TRT Spor)
21.00. Almaniya - Kurasao (İctimai TV, TRT 1)
00.00. Niderland - Yaponiya (İctimai TV, TRT 1, TRT Spor)
03.00. Fil Dişi Sahili - Ekvador (İctimai TV, TRT 1, TRT Spor)
05.00. İsveç - Tunis (İctimai TV, TRT Spor)
Azərbaycanın qadın futbolçulardan ibarət millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün sın matçını keçirəcək.
Fanat.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda səfərdə Şimali Makedoniya ilə üz-üzə gələcək.
Bitola şəhərində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək və “İdman TV” vasitəsilə canlı yayımlanacaq. Oyunu gürcüstanlı Teona Sturua idarə edəcək.
C Liqasının 3-cü qrupunda yer alan millimiz Andorranı (evdə 3:1, səfərdə 2:0), Şimali Makedoniyanı (evdə 2:0) məğlub edib, Macarıstana (səfərdə 0:1, evdə 1:2) uduzub. Zərif cinsdən olan komanda 5 oyundan sonra 9 xalla qrupda ikinci yerdə qərarlaşıb. Macarıstan 13 xalla birinci, Şimali Makedoniya 6 xalla üçüncü, hesabında 1 xal olan Andorra dördüncü pillədədir.
DÇ-2027
Seçmə mərhələ
9 iyun
21:00. Şimali Makedoniya - Azərbaycan
Hakim: Teona Sturua, Elene Eloşvili, Sopo Tsulaya, Tamta Şengelia (hamısı Gürcüstan).
Bitola. Petar Miloşevski stadionu.
İtaliya klubu Nestanın təyinatını açıqladı
Tanınmış italiyalı məşqçi, ölkəsinin əfsanəvi futbolçularından olan Alessandro Nestanın yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Avellino" rəsmi saytında onun baş məşqçi təyinatını elan edib.
50 yaşlı mütəxəssislə 2028-ci ilin ortalarına qədər - iki mövsümlük müqavilə imzalanıb.
"Avellino" İtaliyanın B Seriyasında çıxış edir. Komanda ötən mövsümü səkkizinci yerdə başa vurub.
Alessandro Nesta "Montsa"nın baş məşqçisi vəzifəsindən ayrıldıqdan sonra bir ildir klubsuz idi.
Mirağa
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu seçmə Macarıstanın Sombatxey şəhərində San Marino ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmanı yerli hakim Marton Rus idarə edəcək.
Qeyd edək ki, hazırkı təlim-məşq toplanışı çərçivəsində milli iyunun 7-də Malta ilə qarşılaşıb və 0:2 uduzub. Komanda bugünkü oyunla hazırlığı başa vuraraq Bakıya dönəcək.
Beynəlxalq yoldaşlıq oyunu
9 iyun
22:00. Azərbaycan – San Marino
Hakimlər: Marton Rus, Balaş Şert, Balaş Salai, Bençe Çsonka (hamısı Macarıstan).
Sombatxey, “Haladaş” stadionu.
Ulduz futbolçunu aparmaq istəyən 200 milyondan keçməlidir
"Bayern Münhen"in gənc ulduzu Maykl Olisenin gələcəyi ilə bağlı diqqətçəkən iddia ortaya atılıb.
Fanat.Az "Sky DE" nəşrinə istinadən xəbər verir ki, Münhen klubu fransalı vinger üçün gələcək təklifləri hansı məbləğdən aşağı dəyərləndirməyəcəyini müəyyənləşdirib.
Almaniya nəhənginin 24 yaşlı hücumameyilli futbolçunu satmaq üçün yalnız 200 milyon avronun üzərindəki astronomik təkliflərə baxacaqları bildirilir.
Məlumata görə, "Bayern" rəhbərliyi Oliseni komandanın toxunulmaz simalarından biri kimi görür və bu məbləğdən aşağı gələn müraciətləri birbaşa rədd edəcək.
"Hədəfimiz çempionluqdur".
Bunu Fanat.Az-a açıqlanmasında 1-ci Liqa təmsilçisi "Şahdağ Qusar"a baş məşqçi təyin edilən Füzuli Məmmədov deyib.
Premyer Liqanı tərk edən "Karvan-Yevlax"dan ayrılaraq Qusar təmsilçisinin "sükanı arxası"na keçən mütəxəssis əlavə edib:
"Karvan"la əməkdaşlığa davam etməyəcəyimiz bəlli olandan sonra bir neçə variant var idi. "Şahdağ Qusar"dan aldığım təklifi dəyərləndirmək qərarına gəldim. Rəhbərliklə görüşüb danışdıq, fikirlərimiz üst-üstə düşdü. Məqsəd komandanı hədəfinə çatdırmaqdır. Ambisiyalı komanda olacağımıza inanırıq".
Nihat
İspaniya nəhəngi "Real Madrid" "Çelsi"nin ulduz yarımmüdafiəçisi Entso Fernandezin transferi üçün rəsmi addımlar atmağa başlayıb.
Fanat.Az "Daily Mail Sport"a istinadən xəbər verir ki, London klubu hazırda "kral klubu"nun argentinalı futbolçu üçün rəsmi təklif göndərməsini gözləyir.
İngiltərə təmsilçisi 25 yaşlı mərkəz oyunçusunun keçidi üçün astronomik məbləğ müəyyənləşdirib.
Müqaviləyə əsasən, "Çelsi" rəhbərliyinin bu transferdən gözlədiyi bonservis haqqı düz 120 milyon avrodur.
"Qalatasaray" "Real Madrid"in ulduz yarımmüdafiəçisi Eduardo Kamavinqanın transferi üçün ciddi addımlar atıb.
Fanat.Az türkiyəli jurnalist Mehmet Özkana istinadən xəbər verir ki, İstanbul təmsilçisi həm İspaniya klubu, həm də fransalı futbolçunun özü ilə rəsmi təmasa keçib.
"Real Madrid" bu keçid üçün 50 milyon avro tələb edir.
23 yaşlı ulduz oyunçunun isə "sarı-qırmızılılar"dan illik 15 milyon avro maaş istədiyi bildirilir.
"Real Madrid" "Atletiko Madrid"in hücumçusu Xulian Alvaresi heyətinə qatmaq istəyir.
Fanat.Az insayder Patrik Bergerə istinadən xəbər verir ki, "kral klubu" argentinalı futbolçu üçün 150 milyon avroluq təklif hazırlayır.
La Liqa təmsilçisi artıq 26 yaşlı forvardın transferi üçün rəsmi təşəbbüslərə başlayıb.
"Atletiko Madrid" rəhbərliyi qeyd olunan məbləğ qarşılığında ulduz oyunçunun gedişinə icazə verməyə hazırdır.
1-ci Liqada sona bir tur qalmış çempion olaraq Premyer Liqaya vəsiqə qazanan "Şəfa"nın kapitanı Tərlan Quliyevin yeni mövsümə harada başlayacağı bəllidir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, təcrübəli arxa xətt oyunçusunun Bakı komandasında qalıb-qalmayacağı bu gün dəqiqləşib.
Belə ki, "Şəfa"nı elitaya daşıyan 34 yaşlı mütəxəssis Elgiz Kərəmlinin yerinə gətirilən Zaur Həşimov Tərlanla görüşüb və tərəflər 1 illik yeni müqavilə ilə bağlı razılığa gəlib.
Anlaşma hələ imzalanmasa da, münasibətlərin yaxın günlərdə münasibətləri rəsmiləçdirəcəyi gözlənilir.
Xatırladaq ki, "Şəfa" geridə qalan mövsümü 57 xalla başa vurub.
Toğrul
1-ci Liqada sona bir tur qalmış çempionluğu rəsmiləşdirən "Şəfa"nı tərk edəcək daha iki neçə futbolçunun kimliyi dəqiqləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Aqil Nəsibov, Elmir Tağıyev, Zahid Mərdanov və Hüseyn Mürsəlov da Misli Premyer Liqasında Bakı komandasının sıralarında olmayacaqlar.
Eləcə də iranlı forvard Amir Ebrahimzadə yeni baş məşqçi Zaur Həşimova lazım olmayıb.
Bunlardan başqa, klubla 1 illik müqaviləsi olan Pərviz Azadovla da yolların ayrılması gündəmdədir.
Daha öncə Emin Zamanov və Ürfan İsmayılovla əməkdaşlığın davam etdirilməyəcəyini diqqətinizə çatdırmışdıq.
Nihat
<meta charset="UTF-8" />"Şamaxı" klubunun yay hazırlıq planı məlum olub.
<meta charset="UTF-8" />
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təlim-məşq toplanışı iyulun 11-də Qəbələdə start götürəcək və avqustun 4-nə qədər davam edəcək.
Azərbaycan Premyer Liqası təmsilçisi hazırlıq zamanı 4 yoxlama oyunu keçirməyi planlaşdırır.
Rəqiblərin kimliyi, oyunların vaxtı və keçirilmə yeri hələ dəqiqləşməyib.
Ayxan Abbasov San Marino ilə matçdan əvvəl nə danışdı?
<meta charset="UTF-8" />
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov San Marino ilə yoldaşlıq matçından öncə mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, o, təlim-məşq toplanışının gedişatı və komandanın hədəfləri barədə danışıb:
"Təlim-məşq toplanışı planlı şəkildə gedir. Bizim üçün nəticədən də vacib olanı futbolçuları iş başında görmək idi. Qarşıdan gələn Millətlər Liqası öncəsi bu çox önəmlidir. Bundan yaxşı fürsət ola bilməz. Malta ilə matçı əsasən hücumda keçirsək də, bu bizi qane etmir. Hücumları məntiqi sonluğa çatdırmaq lazımdır. Bəzi futbolçuların oyun praktikasının azlığını qeyd etməliyəm. İstək çox olsa da, oyun təcrübəsi az idi. Millətlər Liqasında uğurlu nəticə qazanmaq istəyiriksə, orada hər epizoddan yararlanmalıyıq. San-Marino ilə görüşdə tam fərqli heyətlə çıxış edəcəyik. Sabah qalib gələcəyimizə inanırıq".
Qeyd edək ki, jurnalistlərin Macarıstan səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilib.
"Şahdağ Qusar"ın yeni baş məşqçisi bəlli olub.
Fanat.Az xəbər verir ki, klub rəhbərliyi davam edən danışıqlardan sonra təcrübəli mütəxəssis Fizuli Məmmədovla razılığa gəlib.
Yeni baş məşqçi ilə 1+1 illik sözləşmə imzalanıb.
Fizuli Məmmədovun köməkçiləri Rafael Əmirbəyov, Rauf Mehdiyev və Əzəmət Ələkbərli olacaqlar
Azərbaycan və Serbiya idman sahəsində əməkdaşlığı genişləndirəcək
<meta charset="UTF-8" />Azərbaycan və Serbiya arasında idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
<meta charset="UTF-8" />
Fanat.Az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr Serbiya Respublikasının idman naziri Zoran Qayiçin Azərbaycana səfəri və Fərid Qayıbovla görüşü zamanı baş tutub.
Təcrübə mübadiləsinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və beynəlxalq platformalarda əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova, Serbiya idman nazirinin müşaviri Zelko Traykoviç, Serbiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Draqan Vladisavlyeviç iştirak ediblər.
Küveyt millisi Çövkən üzrə Dünya Çempionatında ilk qələbəsini qazanıb
<meta charset="UTF-8" />Bakıda keçirilən Çövkən üzrə 2-ci Dünya Çempionatında növbəti oyun baş tutub.
<meta charset="UTF-8" />
Fanat.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Qazaxıstan və Küveyt milli komandaları arasında keçirilən qarşılaşmada Küveyt yığması üstün oyun nümayiş etdirib. Görüş Küveyt komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, Küveyt millisi turnirdə ilk qələbəsini qazanıb.
"Mançester Yunayted" "Real Madrid"in yarımmüdafiəçisi Aurelien Tçuamenini transfer etmək fikrindən daşınıb.
Fanat.Az insayder Samuel Lukerstə istinadən xəbər verir ki, Madrid klubunun baş məşqçisi Joze Mourinyu fransalı oyunçunu komandada saxlamaq niyyətindədir.
İngiltərə təmsilçisi portuqaliyalı mütəxəssisin bu qərarından sonra transfer planlarını dəyişmək məcburiyyətində qalıb.
İspaniya nəhəngi Tçuamenini gələcək layihələrinin mühüm hissəsi kimi görür.
İngiltərə nəhəngi Tonali üçün 80 milyonu gözdən çıxardı
"Mançester Yunayted" "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonalinin transferi üçün hərəkətə keçib.
Fanat.Az "caughtoffside"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Arsenal" və "Mançester Siti"ni qabaqlayaraq mübarizədə ön sıraya çıxıb.
Mançester təmsilçisi italyan futbolçu üçün 80 milyon funt-sterlinqlik rəsmi təklif hazırlayır.
Kazemironun varisi kimi baxılan Tonali üçün "Nyukasl" rəhbərliyi 100 milyon funt-sterlinq tələb edir.
PSJ rəhbərliyi iki ulduz yarımmüdafiəçisinin transferinə icazə verməyəcəyini bəyan edib.
Fanat.Az Fabritsio Romanoya istinadən xəbər verir ki, Paris klubu "Real Madrid"ə Vitinya və Joau Neveşin satılmayacağını qəti şəkildə bildirib.
Fransa çempionu hər iki portuqaliyalı futbolçunu baş məşqçi Luis Enrikenin uzunmüddətli planlarının əsas parçası hesab edir.
Madrid klubunun ciddi marağına baxmayaraq, oyunçuların karyeralarını Parisdə davam etdirəcəyi gözlənilir.
Maquayr MY-dən ayrılır?
"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr bu yay komandadan ayrıla bilər.
Fanat.Az "Football Insider"ə istinadən xəbər verir ki, təcrübəli oyunçunun bir neçə ay əvvəl bağladığı yeni müqavilə onun klubdakı gələcəyini təmin etməyib.
Maykl Kerrikin rəhbərlik etdiyi "qırmızı şeytanlar" rəsmi təklifləri dəyərləndirməyə hazırdır.
Klub rəhbərliyi yalnız futbolçu üçün təyin olunan transfer qiyməti ödənildiyi halda satışa yaşıl işıq yandıracaq.
Tatyana AÇ-də iştirak edəcək
Azərbaycan təmsilçisi Tatyana Smilovenko iyunun 11-14-ü aralığında Portuqaliyanın Montemor-u-Velyu şəhərində keçiriləcək kayak və kanoe üzrə Avropa çempionatına qatılacaq.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Su İdman Növləri Federasiyası yayıb.
Milli komandanın üzvü kanoe qayığında mübarizə aparacaq.
Xatırladaq ki, Tatyana Smilovenko ötən il Rumıniyanın Piteşti şəhərində gənclər və 23 yaşadək avarçəkənlər arasında təşkil edilən Avropa çempionatında bürünc medala sahib olub.
<meta charset="UTF-8" />Yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa”nın yay hazırlıq planı müəyyənləşib.
<meta charset="UTF-8" />
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda iyulun 2-də Bakıda toplanacaq. Hazırlığın ilk mərhələsi paytaxtda keçiriləcək.
İyulun 20-də isə “Şəfa” Qəbələyə yollanacaq. Toplanışın ikinci mərhələsi avqustun 9-dək Qəbələdə davam edəcək.
Komanda yeni mövsümə hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu da keçirəcək.
Skott İngiltərə nəhənginə keçmək üzrədir
"Bornmut"un yarımmüdafiəçisi Aleks Skott karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, onun xidmətində "Liverpul" maraqlıdır.
Mersisaydlıların yeni baş məşqçisi Andoni İraola son mövsümdə rəhbərliyi altında oynamış 22 yaşlı oyunçunun heyətə qatılmasını vacib sayır.
Skott ötən mövsüm "gilənarlar"ın heyətində bütün turnirlərdə 39 matça çıxaraq 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı 2023-cü ildən "Bornmut"da top qovan ingilisin transfer qiymətini 50 milyon avro məbləğində dəyərləndirir.
Toğrul
Azərbaycanın kişi tennisçilərdən ibarət yığması "Davis Cup"da mübarizə aparacaq.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Tennis Federasiyası (ATF) yayıb.
Komanda yarışda iştirak etmək məqsədilə Moldovaya yola düşüb. ATF-nin vitse-prezidenti Orxan Manaflı və koordinatoru Yalçın Manaflının rəhbərliyi altında turnirdə ölkəmizi Tamerlan Əzizov, Kənan Qasımov, Nazim Məlikov və Elvin Həşimov təmsil edəcəklər.
Qeyd edək ki, tennisçilər "Davis Cup"ın III qrupunda mübarizə aparacaqlar. Yarış iyunun 10–13-də Moldovanın paytaxtı Kişinyovda keçiriləcək.
"Şamaxı" heyətinə yeni futbolçu qatıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, yeni mövsümdə Azər Bağırovun rəhbərliyi altında mübarizə aparacaq komanda mövsümün ikinci yarısını icarə əsasında "Karvan-Yevlax"da keçirən müdafiəçi Emin Rüstəmovla güclənib.
Eminin heyətə qatıldığının yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağı gözlənilir.
Xatırladaq ki, Emin Yevlax təmsilçisində oynadığı dönəmdə müqavilə ilə 1-ci Liqa klubu "Səbail"ə məxsus olub. "Karvan"ın forması ilə Misli Premyer Liqasında 15, Bizon Azərbaycan Kubokunda 1 matça çıxan arxa xətt oyunçusu 1 məhsuldar ötürmə ilə yadda qalıb ki, bu da çempionat matçına təsadüf edib.
Nihat
Robin van Persinin yerinə iki əsas namizəd var
"Feyenoord"un baş məşqçi postunu tərk edən Robin van Persinin yerinə iki əsas namizəd var.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Məlumata görə, bunlar "Kristal Pelas"dan ayrılan Oliver Qlasner və "Monako"dan gedən Sebastyen Pokonyolidir.
"Feyenoord" van Persinin rəhbərliyi altında son mövsümdəki mübarizəni 2-ci pillədə başa vurub və Niderlandı UEFA Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb.
Pokonyolili "Monako" Liqa 1-də 54 xalla 7-ci olubsa, İPL-də 15-ci yeri tutan "Kristal Pelas" Qlsanerlə UEFA Konfrans Liqasının kubokunu başı üzərinə qaldırıb. Bunadək londonlular İngiltərə Kubokunda və İngiltərə Superkubokunda da rəqib tanımayıb.
Toğrul
Azərbaycan təmsilçiləri Milli Gimnastika Arenasında keçirilmiş akrobatika və aerobika gimnastikası üzrə FIG dünya kuboku və AGF Trophy kubokunda üç qızıl medal qazanıblar.
Fanat.Az xəbər verir ki, üç gün davam edən kubok yarışlarında akrobatika və aerobika üzrə ümumilikdə 14 ölkədən 220-yə yaxın, turnirdə isə 10 ölkədən 150-dən çox idmançı bacarıqlarını nümayiş etdirib.
Dünya kubokunda Azərbaycan millisi yarışı 1 qızıl medalla başa vurub. Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyevadan ibarət qadın qrup rəqiblərini geridə qoyaraq 29.300 xalla qızıl medal qazanıb.
Ənənəyə uyğun olaraq, təsnifat mərhələsində ən yüksək icra xalını toplayan idmançılara AGF Trophy kuboku təqdim edilib. Aerobika gimnastikası üzrə fərdi proqramda kişilər arasında Anton Kolobov (Rusiya), qadınlarda Anastasiya Dmitriyeva (Rusiya), qarışıq cütlük proqramında Borislava İvanova və Hristo Manolov (Bolqarıstan), akrobatika gimnastikası üzrə isə qadın qrupumuz Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva AGF Trophy kubokuna layiq görülüblər.
Aerobika gimnastikası üzrə favorit qarışıq cütlüyü Mədinə Mustafayeva və Vladimir Dolmatov 19.025 xalla yarışı 4-cü, Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyevadan ibarət “üçlük” isə 17.588 xalla 4-cü pillədə başa vurub.
Beynəlxalq turnirdə isə Azərbaycan gimnastları akrobatika və aerobika növləri üzrə ümumilikdə 6 proqramda təmsil olundular. Yarışların yekun nəticələrinə əsasən, aerobika gimnastikası üzrə təmsilçilərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Yeniyetmələrin yarışında qarışıq cütlüklər proqramında Mədinə İbrahimli və Toğrul Gülmalıyev qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Həmin proqramda çıxış edən Səma Hacızadə və Arif Məmmədzadə isə gümüş medala layiq görülüblər. Fərdi proqramda Arif Məmmədzadə qızıl, Toğrul Gülmalıyev isə gümüş medal qazanıb.
Yeniyetmələr arasında “üçlük” proqramında Ayan İskəndərli, Məryəm Əliyeva və Ayla İsmayılzadə bürünc medal əldə ediblər. Qrup proqramında çıxış edən Nuray Əliyeva, Aytən Nəsirzadə, Gülnur Ağalarova, Aliyə Cəfərli və Xədicə Ələsgərova da bürünc medala sahib olublar.
Gənclər yaş kateqoriyasında qrup proqramında mübarizə aparan Ayan Ağayeva, Fidan İbrahimova, Leyla Əhmədova, Aydan Məlikova və Təhminə İbrahimova da bürünc mükafat qazanaraq komandanın medal hesabını artırıblar.
Beləliklə, Azərbaycan gimnastları beynəlxalq turniri 2 qızıl, 2 gümüş və 3 bürünc medalla, dünya kubokunu isə 1 qızıl medalla başa vurublar.
Bu yay "Kəpəz"i tərk edəcək futbolçulardan birinin kimliyi dəqiqləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, Gəncə təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müdafiəçi Şakir Seyidovdur.
Bir neçə təklif alan Şakirin anlaşmasının qarşılıqlı razılıq əsasında vaxtından əvvəl pozulması planlaşdırırlır.
Qeyd edək ki, geridə qalan mövsümdə Misli Premyer Liqası və Bizon Azərbaycan Kubokunda ümumilikdə 32 matça çıxan Seyidov 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Toğrul
FİFA prezidenti meydanda huşunu itirən milli üzvündən danışdı
FİFA prezidenti Canni İnfantino Ukrayna yığması ilə keçirdikləri yoldaşlıq görüşü zamanı Danimarka millisinin huşunu itirən yarımmüdafiəçisi Kristian Eriksendən danışıb.
Fanat.Az xəbər verir ki, ali futbol qurumunun rəhbərinin videosu sosial şəbəkələrdə yerləşdirilib:
"Kristian Eriksenin özünə gəldiyini və Ukrayna ilə matçda yaşananların ardından lazımi tibbi yardım aldığını eşitdiyim üçün şadam. Kristiana şəfalar diləyirəm. Onun ailəsinə və Danimarka yığmasına ən xoş arzularımı çatdırıram. Tibbi personalın və oyunun rəsmi şəxslərinin operativ və effektli işini vurğulamalıyam".
Xatırladaq ki, Eriksenin koronavirus pandemiyası səbəbindən 2021-ci ildə keçirilən Avropa çempionatında da ürəyində problem yaranmışdı. Fransa seçməsi ilə oyunda huşunu itirən orta xətt oyunçusuna bir ömür gəzdirəcəyi kardioverter-defibrillyator (İCD) cihazı qoşulmuşdu. Kardioverter-defibrillyator nizamsız ürək ritmini tənzimlənməsinə kömək edir və ürəyin qəfildən dayanmasının qarşısını alır.
Nihat
Azarkeşləri Roma klubuna qarşı boykota başladı
"Latsio"nun azarkeşləri kluba boykot elan ediblər.
Fanat.Az xəbər verir ki, Roma təmsilçisinin tərəfdarları yeni mövsüm üçün abunə biletləri alıb ev oyunlarına baxmaq niyyətində deyillər.
"Football Italia"-nın məlumatına görə, "Latsio"nun azarkeş qrupu 2026/27 mövsümündə komandanın ev oyunlarına qatılmayacağını açıqlayıb.
Etiraz klub prezidenti Klaudio Lotitoya qarşı yönəlib. Azarkeşlər onu ambisiyasızlıqda, zəif transfer siyasətində və bilet qiymətlərinin artmasında günahlandırırlar.
Bu, "qartallar"ın azarkeşlərinin Lotitoya qarşı ilk etirazı deyil. Onlar əvvəllər də kütləvi etirazlar keçiriblər və 2025-ci ilin iyul ayında Roma küçələrində təxminən səkkiz min insan yürüş edib.
Tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən "Real Madrid"in ötən həftə iki futbolçu ilə müqavilə bağladığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, insayder "kral klubu"nun artıq müdafiəçilərlə münasibətləri rəsmiləşdirdiyini bildirib.
O, İspaniya nəhənginin "İnter"dən Denzel Dümfrisi transfer etdiyini, eləcə də "Liverpul"dan ayrılan İbrahima Konateni rənglərinə bağladığını vurğulayıb.
Yerli mətbuat DÇ-2026-dan sonra "Real"a qoşulacaq Konatenin müddəti 2030-cu ilə qədər nəzərdə tutulan sazişə qol çəkdiyini diqqətə çatdırıbsa, Dümfrisin keçidini "İnter"in idman direktoru Pyero Ausilio təsdiqləyib.
Nihat
Kilian Mbappe DÇ-2026-nın bombardirinin kim olacağını dedi
Futbol üzrə Fransa millisinin hücumçusu Kilian Mbappe iyunun 11-də start götürəcək dünya çempionatının `ən yaxşı bombardirinin kim olacağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "The Touchline" belə çatdırıb:
- Lamin Yamal, yoxsa Holand?
- Yamal.
- Yamal, yoxsa Vinisius?
- Vinisius.
- Vinisius, yoxsa Keyn?
- Vinisius.
- Vinisius, yoxsa Messi?
- Messi.
- Messi, yoxsa Ronaldu?
- Ronaldu.
- Ronaldu, yoxsa Mbappe?
- Mən!
Xatırladaq ki, DÇ-2026 iyulun 19-na qədər davam edəcək.
Toğrul
İspaniyanın "Jirona" klubunun ukraynalı hücumçusu Vladislav Vanat karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, "Trabzonspor" 24 yaşlı futbolçuya böyük maraq göstərir.
"Sport.es"-in məlumatına görə, Super Liqa təmsilçisi futbolçunun transfer şərtləri ilə bağlı "Jirona"ya rəsmi sorğu göndərib.
Kataloniya təmsilçisi futbolçunu satmağa hazırdır. La Liqadan düşdükdən sonra klub maliyyə itkilərini azaltmaq üçün liderini satmağı düşünür. İspaniyanın "Betis" və "Vilyarreal" klubları da Vanatla maraqlanır.
Qeyd edək ki, Vanat 2025/26 mövsümündə bütün yarışlarda "Jirona"da 29 oyun keçirib, 10 qol vurub və 2 məhsuldar ötürmə edib. Hücumçu aprelin əvvəlində aldığı bud əzələsindən zədə səbəbindən mövsümün sonunu buraxıb.
"Trabzonspor" ötən mövsüm Türkiyə Super Liqasında üçüncü yeri tutub və Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Mirağa
1-ci Liqada sona bir tur qalmış çempion olaraq Premyer Liqaya vəsiqə qazanan "Şəfa"nın kapitanı Tərlan Quliyevin aqibətinin necə olacağı futbol ictimaiyyətini maraqlandıran mövzulardandır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, təcrübəli arxa xətt oyunçusunun Bakı komandasında qalıb-qalmayacağı bu gün dəqiqləşəcək.
Belə ki, "Şəfa"nı elitaya daşıyan 34 yaşlı mütəxəssis Elgiz Kərəmlinin yerinə gətirilən Zaur Həşimov yaxın saatlarda Tərlanla görüşəcək və tərəflər mümkün əməkdaşlığı müzakirə edəcəklər.
Xatırladaq ki, "Şəfa" geridə qalan mövsümü 57 xalla başa vurub.
Toğrul
"Milan"ın canlı əfsanəsi Alessandro Nesta İtaliya A Seriyasındakı mübarizəni turnir cədvəlinin 5-ci pilləsində başa vuran komandanın Çempionlar Liqasına vəsiqə qazanan bilməməsinin səbəbkarlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış jurnalist və insayder Nikolo Skira şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Son mövsümdə qəzaya uğradığımızı düşünmürəm. "Milan"ın möhkəm bazası, yaxşı potensialı var. Komanda beşinci yeri tutduğuna görə Massimiliano Alleqri və futbolçular cavabdehlik daşıyır. Əsl problem isə daxili çəkişmələrdir. Bundan başqa, "Milan"ın əla mərkəz hücumçusu da yoxdur".
Xatırladaq ki, "qırmızı-qaralar" artıq Alleqri ilə əməkdaşlığa son qoyub.
Nihat
Kukurelya rəhbərlikdən satışa çıxarılmasını xahiş etdi
"Çelsi"nin müdafiəçisi Mark Kukurelya iş yerini dəyişməkdə israrlıdır.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, ispaniya millisinin üzvü "Barselona"ya keçmək niyyətindədir.
Məlumata görə, "blauqrana"nın baş məşqçisi Hans-Diter Flikin yüksək qiymətləndirdiyi futbolçu London klubunun rəhbərliyinə Kataloniya təmsilçisinə qoşulmaq istədiyini deyib və satışa çıxarılmasını xahiş edib. "Zadəganlar"ın bu keçiddən təxminən 40-50 milyon avro qazanmağı hədəflədikləri bildirilib.
Xatırladaq ki, Kukurelyanı "Mançester Siti", "Mançester Yunayted", "Atletiko Madrid" və "Real Madrid" də rənglərinə bağlamaq istəyir.
Toğrul
AMADA Müşahidə Şurasının iclası keçirildi
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fanat.Az quruma istinadən xəbər verir ki, toplantıda agentliyin yeni strategiya layihəsi müzakirə olunub.
Şura üzvləri missiya, dəyərlər, strateji məqsədlər və ümumi konsepsiya ilə bağlı fikir mübadiləsi aparıblar.
Gündəlikdə yer alan digər məsələlər çərçivəsində AMADA-nın 2024-cü və 2025-ci illər üzrə illik hesabatları nəzərdən keçirilib və Müşahidə Şurası tərəfindən təsdiq edilib.
Bununla yanaşı, agentliyin 2026-cı ilin ilk yarısı üzrə büdcəsi və yüksək dəyərli əqdlərlə bağlı məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
“Sabah”ın sabiq çalışdırıcısı Vasili Berezutski baş məşqçisi olduğu "Ural" komandasından ayrılıb.
Fanat.Az məlumatı Rusiya klubunun mətbuat xidməti yayıb.
Tərəflər onun müddəti bitən müqaviləsini yeniləməmək qərarına gəliblər.
Yekaterinburq təmsilçisi 2025/26 mövsümündən sonra Premyer Liqaya vəsiqə qazana bilməyib. Komanda pley-offda Mahaçqala "Dinamo"suna uduzub (0:1, 0:2).
Vasili Berezutski "Ural"a 2025-ci ilin dekabr ayında baş məşqçi təyin edilmişdi. Onun rəhbərliyi altında komanda 15 rəsmi oyun keçirib, 6 qələbə qazanıb, 2 heç-heçə edib və 7-də uduzub.
43 yaşlı mütəxəssis 2024-cü ilin noyabrından 2025-ci ilin iyununa kimi "Sabah"ı çalışdırıb və Azərbaycan Kubokuna sahib çıxıb.
Mirağa
Azərbaycanlı stolüstü tennisçi beynəlxalq turnirdə 3-cü oldu
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə İsveçin Helsinborq şəhərində təşkil olunan "WTT Youth Contender" turnirində üçüncü olub.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Stolüstü Tennis Federasiyası yayıb.
Millinin baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə yarışa qatılan idmançı İsveç və Fransa təmsilçiləri üzərində qələbələrlə qrup mərhələsini lider kimi başa vurub.
Ardınca İsrail və Lüksemburq idmançılarına qalib gələn Onur yarımfinalda fransalı rəqibinə uduzaraq yarışı üçüncü yerdə başa vurub.
Qeyd edək ki, istedadlı idmançı bu gün Beynəlxalq Stolüstü Tennis Federasiyasının iyunun 13-dək İsveçin Halmstad şəhərində keçirəcəyi təlim-məşq toplanışına qatılıb.
Ötən mövsüm elitanı tərk edərək I Liqaya yuvarlanan, bu mövsüm isə geri dönə bilməyən "Səbail" klubunda istefalar reallaşıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bayıl klubunun idarəetməsində çalışan şəxslər postlarından ayrılıblar.
Söhbət klubun icraçı direktoru Firuz Abdulla, baş direktor Zamiq Hüseynov və mətbuat sözçüsü Rəşad Məmmədovdan gedir.
"Dənizçilər"in sponsorsuz, yalnız AFFA-dan ayrılan maliyyənin ümidinə qalması onları bu addımı atmağa vadar edib.
Mayın 17-22-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) cəlb olunan Zamiq Hüseynov bu günlərdə klubdakı işini birdəfəlik tərk etdiyini təsdiqləyib.
Qeyd edək ki, "Səbail" mövsümü 3-cü yerdə başa vurub və liderdən 7, pley-offa vəsiqə qazanan "Mingəçevir"dən isə 1 xal geri qalıb.
Mirağa
“Şəfa” 2026/2027 mövsümünün yay transfer pəncərəsində ilk transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, məlumatı debütantın mətbuat xidməti yayıb.
Bakı təmsilçisi müdafiəçi Rauf Hüseynlini heyətinə qatıb. 26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən Rauf Hüseynli son olaraq “Kəpəz”in formasını geyinib. O, ötən mövsüm 28 oyunda meydana çıxaraq 6 qol vurub və 1 məhsuldar ötürmə edib.
“Qarabağ”ın yetirməsi olan futbolçu karyerası ərzində “Zirə”, “Şamaxı” və “Qəbələ” klublarında da çıxış edib.
Ronald Arauxo Uruqvay millisinin düşərgəsini tərk edərək Barselonaya qayıtdı
DÇ-2026-ya hazırlaşan Uruqvay millisi mundial ərəfəsində narahatlıqla üzləşib.
Fanat.Az xəbər verir ki, "Barselona"nın kapitanı və müdafiəçisi Ronald Arauxo millinin son məşqində əzələ ağrısı yaşayıb.
Yığmanın həkimləri "Blaugranas"dakı həmkarları ilə əlaqə saxlayıblar, bundan sonra 27 yaşlı oyunçu bazar ertəsi səhər klubunun düşərgəsinə uçub və orada geniş tibbi müayinədən keçəcək.
Arauxonun çərşənbə axşamına planlaşdırılan məşq vaxtında milli komandanın düşərgəsinə qayıtması gözlənilir, lakin onun 16 iyunda Səudiyyə Ərəbistanına qarşı ilk oyunda iştirak etməyəcəyi ehtimal olunur.
Ronald bu mövsüm 38 oyun (1615 dəqiqə) keçirib və hesabında 4 qol var.
Uruqvay millisi DÇ-2026-da İspaniya, Kabo-Verde və Səudiyyə Ərəbistanı ilə bir qrupda oynayacaq.
Ötən gün dünyanın futbol meydanlarında bir neçə yoldaşlıq oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, yenilənən, daha çox gənclərdən qurulan İtaliya Yunanıstanla səfər görüşündə azlıqda qalmasına baxmayaraq qələbə qazanmağı bacarıb.
Beləliklə, apenninlilər iyunda keçirdiyi ardıcıl ikinci oyunda da minimal hesablı qələbəyə sevinib.
Xorvatiya millisi isə Sloveniyadan üstün olub.
Yoldaşlıq oyunları
Lixtenşteyn - Kipr 0:2
Danimarka - Ukrayna 2:1
Kosovo - Andorra 3:0
Xorvatiya - Sloveniya 2:1
Yunanıstan - İtaliya 0:1
Mərakeş - Norveç 1:1
Ekvador - Qvatemala 3:0
Kolumbiya - İordaniya 2:0
Van Persi postundan qovuldu
"Feyenoord" baş məşqçi Robin van Persini vaxtından əvvəl istefaya göndərmək qərarına gəlib.
Fanat.Az xəbər verir ki, məlumatı "De Telegraaf" yayıb.
Mənbənin məlumatına görə, Niderland klubunun rəhbərliyi 42 yaşlı mütəxəssislə 2027-ci ilin yayında başa çatması planlaşdırılan müqaviləni vaxtından əvvəl ləğv edib.
Xatırladaq ki, van Persi ötən ilin fevral ayında "Feyenoord"un baş məşqçisi vəzifəsinə təyin olunub.
"Feyenoord" mövsümün sonunda Niderland çempionatında ikinci yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb.