FIFA 3 vəzifəli şəxsi ömürlük futboldan kənarlaşdırıb.
Fanat.Az xəbər verir ki, bu qərar korrupsiya ilə bağlı aparılmış araşdırmalardan sonra verilib.
Qərara əsasən, Şimali Amerika Futbol Liqası Direktorlar Şurasının keçmiş sədri Aaron Davidson, Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Ölkələri Konfederasiyasının (CONCACAF) keçmiş attaşesi Kostas Takkas və sabiq idman marketinqi məsləhətçisi Migel Truxilyonun ömürlük futbol fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulub. Onlar FİFA-da da təmsil olunurlarmış.
Hər üç şəxs 1 milyon İsveçrə frankı məbləğində cərimələnib.
Fanat.Az