Qadınlardan ibarət ABŞ yığmasının sabiq üzvü Hope Solo futbol idarəçisi olmaq istəyir. Fanat.Az xəbər verir ki, gözəl futbolçu ABŞ Futbol Federasiyasının prezidentliyinə namizəd olacaq.
Bu barədə o, şəxsi "Facebook" hesabında məlumat yayıb: "Amerika futbolunun nəyə ehtiyacının olduğunu bilirəm və uğur qazanacağıma inanıram".
Qeyd edək ki, ABŞ millisi ilə 202 rəsmi oyuna çıxan cazibədar Solo 2008-2012-ci illərdə olimpiya çempionluğunu qazanıb, 2015-ci ildə isə Dünya çempionatının qalibi olub.
Fanat.Az