Bu gün Antalyada daha bir Azərbaycan təmsilçisi yoxlama görüşü keçirəcək.
Fanat.Az xəbər verir ki, "Şamaxı" Türkiyədəki hazırlığını Serbiyanın "Napredak" komandası ilə oyunla başa vuracaq.
"IC Santai" otelinin idman kompleksində baş tutacaq görüş Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Qeyd edək ki, "Şamaxı" 11 yanvarda Qazaxıstan ilə "Kaysar"ı 0:0 oynayıb. Həmin gün Rumıniyanın "Botaşani" kollektivi ilə keçirilən görüş isə leysan səbəbindən yarımçıq qalıb.