Şahmat üzrə 2024-cü ildə keçiriləcək İddiaçılar Turnirinin yeri və vaxtı dəqiqləşib.
Fanat.Az xəbər verir ki, həm kişilər, həm qadınlar arasında yarış Kanadanın Toronto şəhərində keçiriləcək.
Turnirlər aprelin 3-25-də təşkil olunacaq. Hər iki yarışda 8 iştirakçı mübarizə aparacaq. Turnirlərin hər birinin mükafat fondu 750 min avro olacaq.