AFFA İntizam Komitəsi "Simurq"un baş məşqçisi Georgi Çixradzeni cəzalandırıb. Fanat.az xəbər verir ki, buna səbəb gürcü mütəxəssisin "Qəbələ" ilə oyunun 83-cü dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılması olub. Çixradze 1 oyunluq cəzalandırılıb, klub 1000 manat cərimə olunub.
"Qarabağ"la "Neftçi" də hərəyə 1000 manat ödəyəcək. Buna səbəb hər iki klubun azarkeşləri tərəfindən XXXII turun oyununda pirotexniki vasitələrdən istifadə edilməsidi.
"Qəbələ" isə Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Xəzər Lənkəran”la cavab matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat "tərləyəcək".
Fanat.az