Fransa klubu “Lans” Kolumbiya “Millonarios”undan hücumçu Oskar Kortesi transfer edib.
Fanat.Az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Beləliklə, belçikalı forvard Lua Opendanın “Leypsiq”ə gedişindən sonra hücum xəttində yaranan boşluq Oskarla doldurulub.
19 yaşlı oyunçu ilə 5 illik - 2028-ci ilə qədər olan müqavilə imzalanıb.
Kortes 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 19 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mirağa