"Hər şeyin necə zibil içində olduğunu yaxşı xatırlayıram. Bu, bizim üçün yeni mövsümdə motivasiya olmalıdır".
Fanat.Az xəbər verir ki, bu sözlər "Liverpul"un baş məşqçisi Yürgen Kloppa məxsusdur.
Alman mütəxəssis "Karlsrue" ilə keçirdikləri sınaq matçının (4:2) ardından dünəni unutmadığını, lakin keçmişlə yaşamadığını deyib:
"Ötənmövsümkü uğursuzluqları yaddan çıxarmırıq. Amma mən həmin uğursuzluqlara görə gecələr tər içində oyanmıram".
Nihat