"Liverpul"un baş məşqçisi Yürgen Klopp komandanın hücumçusu Məhəmməd Salahın "Əl-İttihad"a keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, alman mütəxəssisin dediklərini tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabları üzərindən belə çatdırıb:
"Salahın "Əl-İttihad"a keçməsi hələ gündəmdədirmi? Mənim üçün bu məsələ qapanıb!"
Daha öncə Səudiyyə Ərəbistanı təmsilçisinin misirli forvarda illik 76 milyon avro əməkhaqqı fonunda 3 illik müqavilə təklif etdiyi barədə məlumatlar yayılmışdı.
Qeyd edək ki, Salah 2017-ci ildən "qırmızılar"ın sıralarındadır. Onun "Liverpul"la müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.
Nihat