Almaniya 2-ci Bundesliqasında 22-ci turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Erat hesabat turunda Düsseldorf "Fortuna"sının heyətində forma geyinmək şansı qazanmayıb.
Yarımmüdafiəçinin komandası "Nurnberq"lə qarşlaşıb. Görüş meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, "Fortuna" hazırda 32 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Fanat.az