AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri komitə üzvləri I divizionun XXIV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
Ən sərt qərarlar "Rəvan" - "Qaradağ Lökbatan" oyunu ilə bağlı qəbul olunub. Komitənin qərarlarını təqdim edirik.
* “Rəvan” - “Qaradağ Lökbatan” matçının 77-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubu prezident Tahir Mustafayevin göstərişilə meydançanı tərk edib. Klub prezidenti öz hərəkətləri ilə yaranmış vəziyyəti daha da gərginləşdirib, hakimlər briqadasını və hakimlər komitəsini təhqir edib. Lakin matçın hakim-inspektorunun təkidi ilə oyun 12 dəqiqədən sonra bərpa olunub və matç sona qədər oynanılıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
- “Rəvan” - “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
- Oyunun 77-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Əfqan Talıbov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 100 manat cərimə olunur.
- “Qaradağ Lökbatan” klubu meydanı tərk edərkən klubunun prezidenti Tahir Mustafayev geniş kütlə qarşısında hakimlər briqadasını və hakimlər komitəsini təhqir etdiyinə görə 10 oyun stadiona girişinə qadağa qoyulur, klub 2000 manat cərimə olunur.
- “Qaradağ Lökbatan” klubu meydançanı özbaşına tərk etdiyinə görə klub 1000 manat cərimə olunur. Bu hal yenidən təkrarlandığı halda klub daha ağır cəzalanacaq.
- Oyunun 85-ci dəqiqəsində “Rəvan” klubunun futbolçusu Ceyhun Cavadov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
* “Turan Tovuz” – “Kəpəz” matçında “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
* MOİK – “Mil-Muğan” matçının 56-cı dəqiqəsində “MOİK” klubunun futbolçusu Araz İbadlı kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Fanat.az