AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də keçiriləcək Azərbaycan - Xorvatiya oyunu ərəfəsində AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.
Fanat.az xəbər verir ki, Rövnəq Abdullayev millimizə uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib. AFFA-nın baş katibi Elxan Məmmədov görüşdə iştirak edib.
Fanat.az