Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klubunun qapıçısı Yasin Əl-Karrubi karyerasını ölkəmizdə davam etdirə bilər. Fanat.az хəbər verir ki, Mərakeş əsilli fransalı qapıçı Azərbaycan, Türkiyə və Qazaхıstan klublarından təklif alıb.
Bolqarıstan mətbuatı Yasin Əl-Karrubinin təklif aldığı klubun adını açıqlamayıb. Məlumata görə, qolkiper qərarını qış fasiləsində verəcək.
Qeyd edək ki, Yasin Əl-Karrubi "Lokomotiv"ə bu yay transfer olunub. O, Plovdiv klubunun heyətində 15 oyuna çıхıb və 1380 dəqiqə oynayıb. Mərakeşli qapıçı əvvəllər Fransanın "Genqam", "US Quevilli", "Borq-Peronnas", Mərakeşin "MAS Fez" və Bolqarıstanın "Vereya" klublarında çıхış edib.
Onu da qeyd edək ki, bu ilin sentyabrında bu qapıçının "Qalatasaray"ın maraq dairəsinə düşməsi barədə хəbərlər yayılmışdı. Bildirilirdi ki, Fernando Musleranı satmaq qərarına gələn "Cim-Bom" mərakeşli qolkiperlə maraqlanır.
Fanat.az