UEFA-nın rəsmi saytının rus redaksiyası Avropa Liqasının qrup mərhələsinin simvolik komandasını hazırlayıb. Fanat.az хəbər verir ki, komandada postsovet respublikalarının komandalarında oynayan və və keçmiş SSRİ ölkələrindən olan futbolçular yer alıb.
Siyahıda "Qarabağ"ın futbolçusu da var. Belə ki, Riçard Almeyda ən yaхşı 5 yarımüdafiəçidən biri olub.
Onunla yanaşı, "Lokomotiv" və Rusiya yığmasının Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov da simvolik komandaya düşüb. Həmçinin "Borussiya"nın erməni futbolçusu Henrik Mxitaryan da ən yaхşılardan biri olub.
Qapıçı: Andris Vanin (Latviya, Sion).
Müdafiəçilər: Andreas Qrankvist (İsveç, Krasnodar), Elmir Nabiullin (Rusiya, Rubin), Raqnar Klavan (Estoniya, Auqsburq).
Yarımmüdafiəçilər: Pavel Mamayev (Rusiya, Krasnodar), Adil Əhmədov (Rusiya, Krasnodar), Henrik Mxitaryan (Ermənistan, Borussiya Dortmund), Riçard Almeyda (Braziliya, Qarabağ), Aleksandr Səmədov (Rusiya, Lokomotiv).
Hücumçular: Bay Umar Niasse (Seneqal, Lokomotiv Moskva), Yevgeni Seleznyov (Ukrayna, Dnepr).
Baş məşqçi: Oleq Kononov (Belarus, Krasnodar).
Fanat.az