"Xəzər Lənkəran" "Qarabağ"la oyuna itkilərlə çıxacaq. Fanat.az xəbər verir ki, "ağ-yaşıllar"ın heyətində iki əskik var.
Zədədən əziyyət çəkən Vüqar Bəybalayev hələ sağalmayıb. "Sumqayıt"la oyunu buraxan futbolçu böyük ehtimalla “Qarabağ”a qarşı da oynamayacaq.
"Sumqayıt"la matçın ilk yarısında zədə alan Vaquf Güləliyev dabanında problem olduğu müəyyənləşib. Gənc futbolçu "Qarabağ"la oyunu kənardan izləməli olacaq.
Fanat.az