Daha bir klub Qonzalo Hiquayna elçi düşüb. Fanat.az xəbər verir ki, "Arsenal"dan sonra "Yuventus" da "Napoli"nin argentinalı ulduzunu istəyir.
"Sky Sport Italia"nın məlumatına görə, Turin klubu artıq Hiquaynla anlaşma əldə edib. Futbolçu və klub 4 illik müqaviləni razılaşdırıb. Argentinalı "Yuventus"da ilə 7,5 milyon avro qazanacaq.
Məlumatda bildirilir ki, futbolçu ilə anlaşan İtaliya çempionu "Napoli" ilə danışıqlara başlamağa hazırlaşır.
"Calciamercato"nun yaydığı xəbərdə isə bildirilir ki, "Yuventus" "Napoli"yə ilkin olaraq 75 milyon avro və Roberto Pereyranı təklif edəcək. Qarşı tərəf razı olmayacağı halda isə Turin klubu Hiquaynın müqaviləsindəki maddədən yararlanmaq qiyyətindədi. Həmin maddədə göstərilir ki, 94 milyon avro ödənəcəyi halda futbolçu başqa kluba keçə bilər.
Qeyd edək ki, "Arsenal"ın bu futbolçu üçün "Napoli"yə 50 milyon avro və Olivier Qirudu təklif etdiyi deyilirdi.
Onu da qeyd edək ki, "Napoli" Hiquaynı 2013-cü ildə "Real"dan 38 milyon avroya transfer etmişdi. "Transfermarkt"ın 60 milyon avro qiymət qoyduğu argentinalı ulduz ötən mövsüm 42 rəsmi oyuna çıxaraq 38 qol vurub.
Fanat.az