Premyer Liqanın XIII turu iki futbolçunun cəzalı duruma düşməsi isə nəticələnib. Fanat.Az xəbər verir ki, bunlardan biri "Zirə"nin, digəri "Səbail"in futbolçularıdı.
"Zirə"dən Təmkin Xəlilzadə "Qarabağ"la oyunun 69-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə sarı vərəqə alıb. Bu onun mövsüm ərzində aldığı 4-cü "sarı" olub və cəzalı duruma düşüb.
"Səbail"dən isə Tamazi Tsetsxladze limiti doldurub. Gürcü futbolçu "Sumqayıt"la 82-ci dəqiqəsində sarı vərəqə alıb. Bu mövsümün 4-cü "sarı"sı olduğundan Tamazi cəzalı duruma düşüb.
Premyer Liqada 2017-ci ilin sonuncu turunda "Səbail" və "Zirə" qarşılaşacaq. Hər iki futbolçu meydana çıxa bilməyəcək ki, bu da onlar üçün 2017-ci ilin bitdiyi deməkdi.
Qeyd edək ki, XIV turun oyunları 2-3 dekabr tarixlərində keçiriləcək. Bununla da II dövrə başa çatacaq və Premyer Liqada fevralın 10-nadək fasilə yaranacaq.
Fanat.Az