Avropa çempionatının final mərhələsi başa çatdıqdan sonra futzal üzrə milli komandaların növbəti reytinq siyahısı açıqlanıb.
Fanat.Az xəbər verir ki, turnirin 1/4 finalında Portuqaliyaya 1:8 hesabı ilə yenilən Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb. Yığmamız 10-cu pillədəki yerini qoruyub.
"AVRO-2018"də 1 qələbə qazanıb, 2 məğlubiyyət alan Joze Alesionun komandası 14 xal itirib. Artıq yığmamızın 1454 yox, 1440 xalı var.
İlk "onluq”
1. Braziliya - 1935
2. İspaniya – 1807
3. Rusiya - 1700
4. Portuqaliya - 1692
5. Argentina - 1691
6. İran - 1654
7. İtaliya - 1552
8. Qazaxıstan - 1532
9. Ukrayna - 1482
10. Azərbaycan – 1440
Fanat.Az