"Sumqayıt" daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb.
Fanat.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Vurğun Hüseynov və Cavid Tağıyevin ardından Bəxtiyar Həsənalızadə ilə də müqavilənin müddətini artırıb. 25 yaşlı futbolçu daha 1 il komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, Bəxtiyar 2017/2018 mövsümündə "Sumqayıt"ın heyətində Premyer Liqada 27 qarşılaşmada meydana çıxıb (2430 dəqiqə) və 2 qol vurub. 2011-ci ildən "Sumqayıt"da çıxış edən müdafiəçi klubun heyətində ümumilikdə 144 dəfə meydana çıxıb.
Fanat.Az