Çempionlar Liqasının 1/4 finalı çərçivəsində hazırda davam edən "Mançester Yunayted” – "Barselona” (0:1) matçının ilk yarısında Lionel Messinin burnu qırılıb.
Fanat.Az xəbər verir ki, hadisə 30-cu dəqiqədə baş verib. Meydan sahiblərinin müdafiəçisi Kris Smollinq mübarizə zamanı argentinalı superulduza xəsarət yetirib.
Həkimlər Messinin burnundan axan qanı uzun müddət kəsə bilmədiyindən oyun bir müddət dayandırılıb.
Fanat.Az