15:04 30.05.2019 1387

Ramin Musayev Avropa Futbol Liqalarının baş katibi ilə görüşdü - FOTOLAR

Avropa Futbol Liqalarının baş katibi Georq Pranql Peşəkar Futbol Liqasında işgüzar səfərdə olub.

Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 28 mayda keçirilən görüşdə avstriyalı G. Pranql, PFL-in prezidenti Ramin Musayev, baş direktor Məlik Həsənov, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev və başqa əməkdaşlar iştirak ediblər.

Tərəflər salamlaşdıqdan sonra bir-birinə hədiyyələr təqdim ediblər. R. Musayev qonağa milli xalça və dəqiqlik göstəricisi saat, Pranql isə Avropa Futbol Liqalarının atributunu təqdim edib. Bakı haqqında ilkin təəssüratlarını bölüşən baş katib şəhərimizi çox bəyəndiyini, buranın Monako və ya Parisdən fərqlənmədiyini dilə gətirib. Musayev isə öz növbəsində 2007-ci ildə "Neftçi”də çalışarkən Avstriyada təlim-məşq toplanışında olduğunu, elə həmin il də avrokuboklarda eyni ölkənin "Rid” komandası ilə qarşılaşdıqlarını və oradan xoş xatirələrlə ayrıldıqlarını qeyd edib. 

10 il Avstriya Peşəkar Futbol Liqasının prezidenti olmuş, 5 ildir Avropa Futbol Liqalarında çalışan, ümumilikdə futbol sahəsində 30 illik təcrübəyə sahib olan Georq Pranql ölkəsinin Peşəkar Futbol Liqasının keçdiyi yoldan danışıb:

"2004-cü ildə, 12-13 nəfərlə hər şeyi sıfırdan başlamışıq. Əvvəllər çox çətin idi, pis təşkilatlanmışdıq, lazımi inventarlar çatışmırdı, ofisimiz belə yox idi. Stadionlardan birində kiçik otaq kirayələmişdik. Lakin, biz pillə-pillə inkişaf etməyə nail olduq. Hal-hazırda Avstriya Peşəkar Futbol Liqasının (APFL) öz ofisi, 3-3.5 milyon dollarlıq büdcəsi var. Biz komandalara göstərdik ki, onların APFL-ə ödədikləri məbləğlər qurumun böyüməyi ilə yanaşı, maliyyənin sponsorlar vasitəsilə yenidən onlara qayıtmasına və özlərinin də faydalanmasına səbəb olur. APFL çempionatı yayımladığına görə telekanallardan gələn ümumi məbləğin 10 faizi, titul sponsorluğu, ölkənin rəsmi bukmeyker kontorunun ayırdığı pul hesabına maliyyələşir”.

Daha sonra avstriyalı slayd təqdimatlar edib. İlk təqdimat Avropa Futbol Liqaları haqqında ümumi məlumat xarakterli olub. Əsas məqsədlərdən birinin klublar arasında balansı qorumaq olduğunu bildirən qonaq 990 klubu əhatə edən qurumda 452 klubun büdcəsinin 0-10, 124 klubun 10-50, 47-sinin 50-100, 42 klubda 100-300 milyon avro aralığında, 12 klubda isə 300 milyon avrodan çox olduğunu nəzərə çatdırıb. 2017-ci ildə keçirilən Avropa Liqasının "Mançester Yunayted” – "Ayaks” finalını xatırladan Pranql, büdcə fərqlərinə görə mütəxəssislərin oyundan əvvəl 85% ehtimalla ingilisləri qalib təxmin etdiklərini və bu kimi faktların komandalar arasındakı ayrı-seçkiliyin hansı səviyyədə qabartdığını göstərib. O, futbolun "təxmin edilə bilməzliyə” ehtiyacı yarandığını diqqətə çatdırıb.

İkinci slayd daha çox UEFA-nın yeni qərarları, qarşıdakı illərdə keçiriləcək Avropa Liqası-2, klubların gəlirlərinin təmin edilməsi və artırılması kimi məsələləri əhatə edib. Onun fikrincə, yeni qərarlar ölkə çempionatlarının reytinqində 15-ci pillədən aşağıda olan ölkələrin klublarına maddi cəhətdən mənfi təsir edəcək. Avropa Futbol Liqasının qarşısında duran əsas prioritetlərdən birinin avrokuboklarda iştirak etməyən və ya az iştirak etmiş komandaların maliyyə gəlirlərinin azalmasının qarşısını almaq olduğunu bildirən baş katib, həmrəyliyi təmin etməyin vacibliyini vurğulayıb: "Təşkilat az büdcəli klublara gələn 7%-lik gəliri 20%-ə qaldırılmağına nail olmağa çalışır. Avrokuboklarda iştirak etməyən klublara 8.5%-lik gəlirin 7.3%-ə endirilməsi, UEFA-nın turnirlərinin televiziya gəlirlərinin artması fonunda klubların öz çempionatlarının yayımından gələn məbləğlərdə eniş yaşaması qəbuledilməzdir. Yeni yaranan turnir az gəlirli olacaq. Yüksək gəlirlər qazanmaq bütün klubların haqqıdır. Əks təqdirdə komandalar arasındakı büdcə fərqləri uçurum səviyyəsinə çatacaq. Avropa Liqası-2 çempionatı, yüksək maliyyə dayaqları olacağı halda qəbul edilə bilər”.

Sonda PFL prezidenti Ramin Musayev qonağa gəldiyinə və vacib məlumatları bölüşdüyünə görə minnətdarlıq edib. Qonaqpərvərliyə görə təşəkkürünü bildirən Avropa Futbol Liqalarının baş katibi Georq Pranql bundan sonra da qurumlar arasındakı əlaqələrin inkişaf edəcəyinə inandığını vurğuladı.

Fanat.Az 
 


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

17:34

"Bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur" - Joze Mourinyu

17:11

Qadınlardan ibarət Azərbaycan yığması Belarusdakı turnirə qatılacaq

16:53

Futzal üzrə Azərbaycan Kuboku: Yarımfinal matçlarının təyinatları bilindi

16:37

Xavinin taleyi həll olunur - Laporte, Yuste və Deku bir araya gələcək

16:19

İnzagi Mourinyunu geridə qoydu

16:01

AFFA-dan maaşların azaldılması və liqanın ləğvi xəbərlərinə REAKSİYA

15:42

A Seriyasında maraqlı tendensiya: 6-da 6

15:24

Tuxel İspaniya nəhənginin təklifini geri çevirdi - Bu kluba gedəcək

15:05

"Milan" rəhbərliyi Pioli barədə son qərarını verdi

14:47

Bakıda UEFA-nın məşqçilik kursu başladı

14:30

Legioner rüsumu 50 min manat olsa...

14:11

“Prezident Kuboku”: Azərbaycana 20-dən çox ölkənin idmançısı gəlir

13:56

"İnter"ə çempionluq gətirən qələbə - VİDEO

13:49

AÇ-2024: Baş hakimlərin adları açıqlandı - Siyahıda türk də var

13:38

"Biz skudettonu hələ martda qazanmışdıq" - Simone İnzagi

13:20

Xavi tarixi antirekordu təkrarladı

12:19

Azərbaycan çempionatında ilk finalçı bilindi

12:00

"Zirə" Qəbələdə kimləri oynada bilməyəcək? - ADLAR

11:36

"Qəbələ"ni məğlub edən komanda UEFA Gənclər Liqasının qalibi oldu

11:15

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə

10:54

Tyaqo Silva "Çelsi"dən ayrılmağı qətiləşdirdi - Yeni klubu da məlumdu 

10:35

U-17 Belarusla üz-üzə

10:14

"Bayer"in rəsmisi Virtsin qiyməti haqqında: "Səhv etmişəm" 

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:28

Azərbaycanlıların duelini Diniyev qazandı

09:05

Almaniya nəhənginin yeni transfer hədəfi bilindi

01:30

"Sevilya" turu 3 xalla başa vurdu

00:23

"İnter" çempionluğunu derbidə rəsmiləşdirdi!

00:11

"Fənərbağça" büdrədi

22 Aprel 2024
22:46

AÇ: Azərbaycanın 3 boksçusundan qələbə

20:07

"Azərreyl" dramatik qələbə ilə çempion oldu

18:46

A Seriyası təmsilçisi Kannavaroya tapşırıldı

17:55

"Əvvəllər burada qələbə qazanıb-qazanmadığımızı xatırlamıram" - Yürgen Klopp

Facebookdan bizi izləməyi unutmayın.
X