Ötən mövsüm "Zirə"nin U-16 komandasında çıxış edən Cəlal Hüseynov və Vüsal Əliyev əsas komandaya cəlb olunub.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 16 yaşlı futbolçularla 3 illik yeni müqavilə imzalanıb.
Futbolçulardan Cəlal Hüseynov əsas komandanın Türkiyədəki təlim-məşq toplanışında da iştirak edib. Vüsal Əliyev isə komanda Bakıya döndükdəkn sonra məşqlərə cəlb olunub.
Qeyd edək ki, Cəlal Hüseynov və Vüsal Əliyev 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvüdür.
Fanat.Az