"Anderlext”in futbolçuları mart ayının məvacibindən imtina edib.
Fanat.Az xəbər verir ki, bu barədə Belçika klubunun icraçı direktoru Karel Van Etvelt məlumat verib.
Klub rəsmisi oyunçuların mart ayı üçün almalı olduğu maaşdan imtina etdiyini və bunun "Anderlext" üçün 2 milyon avro yardım sayıldığını söyləyib.
Belçikada da koronavirus pandemiyasına görə futbol yarışları qeyri-müəyyən müddətə ertələnib.
Fanat.Az