Almaniya 2-ci Bundesliqasında 21-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge” klubu da növbəti matçına çıxıb.
Aue təmsilçisi səfərdə "Haydenhaym”la qarşılaşıb və 0:2 hesabıyla uduzub.
Nazarov matçın 72-ci dəqiqəsində meydana buraxılıb.
21 turdan sonra 29 xala malik "Ersgebirge” 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.
Fanat.Az