Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" tam heyətlə hazırlıq keçə bilmir. Fanat.az xəbər verir ki, Abdulvahid Afolabi hazırlıqlara qatılmayıb.
Buna səbəb nigeriyalı hücumçunun viza problemi ilə üzləşməsidi. Afolabinin hazırlıqlara nə vaxt qoşulacağı bəlli deyil.
Qeyd edək ki, Abdulvahib Yuri Syominin ən uğursuz transferi sayılır. Premyer Liqada 13 oyunda 367 dəqiqə oynayan 22 yaşlı forvard qol vura bilməyib. Nigeriyalı futbolçu "Mil-Muğan"la oyunda vurub. Afolbi ölkəmizə gəlməzdən əvvəl Nigeriyanın "Niger Tornadoes", Uuraynanın "Tavriya" və Rusiyanın "Kuban" klublarında çıxış edib.
Fanat.az