İtaliya millisinin keçmiş futbolçusu Fabio Kannavaro "Napoli" klubuna məsləhət verib.
Fanat.Az-ın məlumatına görə, "Qızıl top"un sahibi olan mütəxəssis “Corriere dello Sport”a müsahibəsində Paulo Dibalanı neapollulara təklif edib:
“Mən De Laurentisin ("Napoli"nin prezidenti – red.) yerində olsaydım, Paulo Dibalaya elçi düşərdim. Üstəlik, o, azad agentdir. Ümid edirəm ki, Dibala İtaliyada qalacaq”.
Qeyd edək ki, "Yuventus"la müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq Dibala özünə klub axtarır. Turin təmsilçisindən başqa, "İnter", "Milan" və "Barselona" kimi nəhəng klublar da 28 yaşlı hücumçunun xidmətindən imtina edib.
Mirağa