Frsansa Liqa1 təmsilçisi “Anje”də baş məşqçi istefası rəsmiləşib.
Fanat.Az xəbər verir ki, Jerald Batikl postundan uzaqlaşdırılıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 2021-ci ilin mayından komandanı çalışdıran Batiklı müvəqqəti olaraq Abdel Buazama əvəzləyəcək.
“Anje” bütün yarışlarda keçirdiyi son 8 oyunun hamısında uduzub. Komanda Liqa 1-də 15 turdan sonra 8 xalla turnir cədvəlinin sonuncu - 20-ci pilləsində qərarlaşıb.