Vaqif Cavadov «Deportivo»ya penaltidən qol vura bilmədi - FOTO
Paylaş
Millimizin üzvü ispan klubuna qarşı 90 dəqiqə oynadı
Fanat: Millimizin üzvü Vaqif Cavadovun çıxış etdiyi "Tvente" beynəlaxlq Uhren Kubokunda növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, Hollandiya çempionunun rəqibi İspaniyanın "Deportivo" klubu olub.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Hesabı 2-ci dəqiqədə "Deportivo"nun oyunçusu İvan Sançes Riki açıb. 18-ci dəqiqədə Luuk De Yonq tarızlığı bərpa edib.
Belədə qalib penalti seriyasında müəyyənləşib. Meydana start heyətində çıxan və 90 dəqiqə oynayan Cavadov da penalti vuran futbolçular sırasında olub. Lakin həmyerlimizin zərbəsini "Deportivo"nun qapıçısı Rivas Dieqo dəf edə bilib. Buna baxmayaraq, penalti seriyasında "Tvente" 5:4, ümumilikdə isə 6:5 hesabı ilə qalib gəlib.
Vihren Kuboku
Tvente - Deportivo
Qollar: De Yonq, 18 - İvan Sançes Riki, 2.
Vurulan penaltilər: De Yonq. Rendla. Bayrami. Karney. Tiote - Ze Kastro. Aithami. Lassad. Mişel.
Vurulmayan penaltilər: Vaqif Cavadov - Pablo Alvares, Saul.
Tvente: Marsman, Tiendalli (Stokentree, 63), Benqtsson, Visqerhof (Duqlas, 46), Leuqers (Karney, 46), Brama, Pennanen (Rendla, 63), Bannink (Tiote, 46), Vaqif Cavadov, Parker (Bayrami, 81), De Yonq.

Oxunub: 947 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax