|

|
Seçdiklərimiz
24-07-2010 «Mançester Yunayted» forması İslama qarşı hörmətsizlikdir! - FOTO
Paylaş
Malaziyalı dindarlar: "Müsəlmanlar bu formaları geyindikləri zaman günaha batırlar" Din adamlar futbolsevərləri Braziliya, Portuqaliya, Serbiya, Norveç və "Barselona" formalarından imtina etməyə çağırdı Fanat: Uzaq Şərqin müsəlman ölkələrindən olan Malaziyada bu günlərdə ilginc bir müzakirə mövzusu gündəmi zəbt edib. Fanat.az xəbər verir ki, müzakirələrin mərkəzində isə İngiltərənin dünyaca məşhur futbol klubu "Mançester Yunayted" durur. Səbəbi isə Mançester təmsilçisinin "Qırmızı şeytanlar" adlandırılması və embleminin üzərində əlində dırmıq tutan tutan bir şeytan rəsminin həkk olunmasıdır. Malaziyalı dindarlar bununla kifayətlənməyərək, futbolsevərləri Braziliya, Portuqaliya, Serbiya və Norveç kimi milli komandaların, həmçinin "Barselona" formasını da geyinməməyə çağırıb. Bu çağırışa səbəb isə həmin komandaların formalarının üzərində xristianlığın simvolu olan xaç işarəsinin olmasıdır. Qəribədir ki, İngilislərin bu hərəkəti müsəlman dindarları 50 il sonra özündən çıxarıb. Qeyd edək ki, "Mançester Yunayted"in ilk emblemində və formasında şeytan rəsmi yox idi. Ancaq sonradan kluba "Qırmızı şeytanlar" ləqəbi verildikdən sonra - 1960-cı ildə emblemin və formanın üzərinə əlində dırmıq tutan şeytan rəsii həkk olunub. Daha bir maraqlı məqam isə "Mançester Yunayted"in maliyyə qaynaqları ilə bağlıdır. Belə ki, İngiltərə klubunun sponsorları arasında "Malaziya Telekom" şirkəti də var.
Oxunub: 877 dəfə. Şərhlər: 0 Bu xəbərə fikir bildir və ya şərhlərə bax |
|









