"Bakı" rəhbərliyi tam tərkibdə istefa verdi
Paylaş
Zeynal Məmmədov da postunu tərk etdi
Fanat: "Bakı"da gözlənilən istefalar reallaşıb. Fanat.az xəbər verir ki, paytaxt klubunun klub rəhbərliyi tam tərkibdə istefa verib.
Belə ki, vitse-prezident Tunc Afşarın ardınca rəhbərlikdə təmsil olunan digər rəsmi şəxslər, o, cümlədən baş menecer, prezident Hafiz Məmmədovun qardaşı Zeynal Məmmədov da istefa ərizəsini yazıb. Amma onlar hələ ki, işlərini davam etdirirlər. Prezident Hafiz Məmmədov ölkə xaricində olduğundan klubun fəaliyyətini iflic vəziyyətə salmaq istəmədiklərindən bir müddət postlarında qalacaqlar. Məmmədov ölkəyə qayıtdıqdan sonra onlarla bağlı yekun qərarını verəcək.
Qeyd edək ki, UEFA "Bakı"nı cəzalı Joel Eppaleni "Buduçnost"la ilk oyunda (2:1) meydana buraxdığı üçün texniki məğlubiyyətlə cəzalandırıb. Bundan sonra klubun prezidenti Hafiz Məmmədov rəhbərliyin istefasını istəyib. Hazırda ölkə xaricində olan Hafiz bəy yaxın günlərdə Bakıya dönəcək.
Oxunub: 659 dəfə. Şərhlər: 4
Bu xəbərə fikir bildir və ya şərhlərə bax