Fanat: "Bu oyuna hazırlaşmaq üçün çox az vaxtımız oldu. Ötən həftə "Portadun"la cavab oyunundan sonra bir həftə ərzində bu qarşılaşmaya hazırlaşmışıq". Fanat.az xəbər verir ki, sözləri bu gün Krakovda mətbuat konfransı keçirən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Baş məşqçi "Visla" haqqında məlumat topladıqlarını bildirib: "Rəqib haqqında məlumat toplamışıq. Əlbətdə ki, rəqibimizin böyük təcrübəyə malik bir komanda olduğunu bilirik. Çox böyük klublarla qarşılaşdıqlarını və qalib gəldiklərindən də xəbərimiz var. Amma bütün bunlar keçmişdə qalıb. Biz bu gündən danışmalıyıq". Rəqibin güclü komanda olduğunu bildirən Qurbanov kiçik hesablı məğlubiyyətə də razı olduqlarını açıqlayıb: "Visla"nın oyunlarını izləmədik. Həqiqətən də rəqibimiz güclü komandadır. Etiraf edirəm ki, "Visla" matçın favoritdir. İstərdim ki, burdan sərfəli nəticə ilə dönək. Amma güclü rəqibə qarşı oynadığımızı da bilirik. Hətta kiçik fərqli məğlubiyyət də bizim üçün yaxşı nəticə sayıla bilər". "Mən Krakovdakı qonaqpərvərlik üçün "Visla"ya təşəkkür edirəm. Bizim bütün problemlərimizə maraqlandılar. Polşalılar qonaqpərvər xalqdıq", deyə Qurbanov bildirib.