|

|
Seçdiklərimiz
29-07-2010 "Bakı"nı bədbəxt edən futbolçu danışdı
Paylaş
Joel Eppale: "Avropa klublarında belə hadisə baş verməzdi" Kamerunlu futbolçu "Bakı"nın məsul işçilərini günahlandırdı Fanat: "Nəyə istəyirsiz and içim ki, cəzalı olmağım yadıma düşməyib. İnsan dünən nə iş gördüyünü unudur, o ki qaldı beş il öncə aldığım sarı vərəqə yadımda qalsın. Fikrimcə, futbolçunun işi meydana çıxıb mübarizə aparmaqdır. Sizi inandırım ki, Avropa klublarında belə şey baş verməzdi. Çünki klublarda bu işlə məşğul olan şəxslər var. Özünüz də bilirsiz ki, hər bir futbolçunun vurduğu qol, aldığı vərəqə haqda müvafiq qrumlara xəbərdarlıq edilir. Onlar da öz növbəsində hər oyun ərəfəsində kluba faks göndərir. Belə məsələyə qarşı diqqətsiz davranmaq sadəcə, qəbuledilməzdir. Həyatımda ilk dəfə belə halla rastlaşıram. Hələ də gözlərimə inana bilmirəm". Fanat.az xəbər verir ki, bu sözləri "Bakı"nın Avropa Liqasında texniki məğlubiyyət almasına səbəb olan futbolçu Joel Eppale deyib. Oxunub: 685 dəfə. Şərhlər: 0 Bu xəbərə fikir bildir və ya şərhlərə bax |
|








