00:42 25.01.2020 1040

"Neftçi"nin yeni baş məşqçisi: "Xarakterim elədir ki..." - MÜSAHİBƏ

"Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov "Desna” (Ukrayna) ilə yoxlama oyunundan sonra klubun rəsmi saytına müsahibə verib.

Fanat.Az xəbər verir ki, təlim-məşq toplanışını dəyərləndirənMəmmədov fiziki hazırlıq üzrə məşqçi, yeni transfer və gənc futbolçular haqda fikirlərini bildirib, azarkeşlərlə bağlı sualı cavablandırıb.


- Füzuli müəllim, təlim-məşq toplanışına yekun vuruldu. Məşqçilər korpusundakı son dəyişiklikləri nəzərə alsaq, toplanışı necə dəyərləndirirsiz? Komanda hazırlıq prosesini necə başa vurdu?

- Ümumi götürsək, komanda təlim-məşq toplanışını normal keçirdi. Məşqçi dəyişikliyindən əvvəl də futbolçular hər şeyi maksimum etməyə çalışırdılar. Dəyişiklikdən sonra da onlara nə tapşırıq verirdimsə, hamısını ürəklə yerinə yetirirdilər. Toplanış, xüsusilə, son iki oyun bizim üçün çox faydalı oldu. Çünki güclü komandalara qarşı oynadıq. Kiyev "Dinamo”sunu təqdim etməyə ehtiyac yoxdur. "Desna”ya gəlincə, hazırda Ukrayna çempionatında 4-cü yeri tutur. Bununla belə, xarakterim elədir ki, məğlubiyyətlə heç vaxt barışmıram. Futbolçuların yaxşı və ya pis oyun göstərməsindən asılı olmayaraq, nəticə mənim üçün həmişə önəmli olub. Rəqib kim olursa-olsun, "Neftçi”də məni yalnız qələbə qane edə bilər.


- "Neftçi”nin fiziki hazırlıq üzrə məşqçisi Mario Fernandes Kastelyanodur. Düzdür, ispaniyalı mütəxəssis yeni gəlib. Bununla belə, onun işi ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Mario mənim üçün yeni məşqçidir. Bunadək tanımırdım. Amma əvvəllər Azərbaycanda, "Bakı” klubunda çalışan dövrdə özü haqda müsbət fikir formalaşdırıb. Artıq bir neçə gündür bizimlədir. Bacarığı, savadı və insani keyfiyyərləri haqda xoş sözlər deyə bilərəm. Üstəlik, xaraktercə mən istəyən bir insandır. Əminəm ki, bizə çox faydası dəyəcək. "Neftçi”nin uğuru üçün birlikdə çalışacağıq.


- Komandamızın yeni transferi, iranlı yarımmüdafiəçi Saman Nərimancahan haqda nə deyə bilərsiz?

- Nərimancahan hər üç yoxlama oyununda tapşırıqları maksimum yerinə yetirməyə çalışdı. Amma mən ondan daha çox şey umuram. Məsələn, bu gün Platellasa verdiyi ötürmədən hər hissədə azı bir-ikisini gözləyirəm. Oyunu üzərinə götürüb cərimə meydançasına daxil olmasını gözləyirəm. Bununla belə, komandamızda yeni olduğu üçün onu çox yükləmək də olmaz. Tez uyğunlaşması üçün necə can atdığını görürəm və bu məni sevindirir. Bilirəm ki, bu keyfiyyətdə olan futbolçu daha yaxşı oynamalıdır.


- Toplanışa əvəzedici komandadan cəlb olunmuş futbolçular barədə nə düşünürsüz? Onlardan hansı özünü daha yaxşı göstərməyi bacardı? Əvəzedicilərdən kimi əsas komandanın oyunlarında görə biləcəyik?

- Komandanı meydana baş məşqçi kimi çıxardığım son iki oyunda gənclərdən yalnız İsmayıl Zülfüqarlı ilə Turan Vəlizadəyə şans verdim. Bilirəm ki, çox potensiallı futbolçulardır. Özlərini yaxşı tərəfdən göstərdilər. İkisinə də güvənirəm. Rəsmi oyunlara əvəzedici heyətdən daha bir-iki futbolçu da dəvət edəcəyik. Məqsədimiz gənclərin bizə yalnız məşqlərdə kömək etməsi deyil. Oyunlarda da onlardan istifadə etməyə çalışacam.

- "Neftçi”sevərlər qış fasiləsindən sonra sizin rəhbərliyiniz altında "Neftçi”də hansı dəyişiklikləri görə biləcəklər?

- "Neftçi” azarkeşlərini çox gözəl anlayıram. Onlar Azərbaycanın ən çılğın fanatlarıdır. O azarkeşlər "Neftçi”dən yalnız qələbələr gözləyir ki, bu da normaldır. Çünki "Neftçi”nin azarkeşlərinə qələbə bəxş etməsi üçün hər şür şərait yaradılıb. Sınaq matçlarındakı nəticələr məni qane etmir, edə də bilməz. Biz azarkeşlərimizi yalnız və yalnız qələbələrimizlə sevindirməliyik. Əminəm ki, Allahın köməyi, bizim səylərimiz, düzgün seçimimiz, futbolçularımızın fədakarlığı və azarkeşlərimizin sonadək dəstəyi nəticəsində buna nail olacağıq.

 
Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

24 Fevral 2020
15:14

Qərb zonası üzrə yarışların ilkin mərhələsi başa çatdı - FOTOLAR

14:40

Abdullah Avcı Azərbaycan millisindən imtina etdi

14:34

Rayan Giggz “Tofiq Bəhramov” və “Azərsun Arena”da - FOTOLAR

14:00

Millidən uzaqlaşdırılan dünya çempionumuza vəzifə verildi

13:09

Ramil Şeydayev: "Yaxşı təklif olsa, başqa qitəyə də gedə bilərəm"

12:57

İlham Əliyevdən Tokio-2020 ilə bağlı sərəncam

12:40

Prezident İqor Ponomaryovu təltif etdi

12:34

İspan futbolçu "Qarabağ"a niyə gəlmədi?

12:07

"Boyum uzun olduğuna görə sevgili tapa bilmirəm" - FOTOLAR

11:55

Sərbəst güləş yığmamız Kislovodska nəyə gedib?

11:29

Dabo: Premyer Liqada 40-cı, “Neftçi”də 20-ci

11:15

Millimizin forvardı ABŞ-da qələbəyə sevindi

11:09

Rayan Giqqz Bakı bulvarında görüntüləndi - FOTO

11:03

Maksim Medvedev - 300

10:58

Azər oynadı, Rafael Benitesin komandası darmadağın edildi

10:53

Paşayevin komandası uduzdu, bəs özü hanı?

10:46

Millimizin forvardı qələbə gördü

09:57

Abdullah Zubir: "Bu, uşaqlıqdan alışdığım oyun tərzidir"

23 Fevral 2020
22:55

"Fənər" axır ki, "söndürüldü", 21 illik həsrət bitdi

21:14

Qurban Qurbanov: "Bəsit "sarılar" aldıq, daha doğrusu, verdilər"

21:04

"Bu rəy Rəşad Sadıqova olan hörmət və inamdan formalaşıb"

20:47

Ayxan Abbasov: "Qarabağ"a qarşı açıq futbol oynamaq olmaz"

20:08

Rahid Əmirquliyev: "Yerli məşqçilərə güvənməyin vaxtıdı"

19:13

Mahir qol vurdu, "qırmızı" aldı, "Qarabağ" uddu

18:53

Jelko Sopiç: “Mənim komandamda yaxşı olanlar oynayır”

18:49

"Səbail"in baş məşqçisi: "Hər iki tərəf 1 xal qazandı"

15:50

Şotlandiya Azərbaycan millisinə 7 qol vurdu

15:14

Mahirin valideynləri bir-birlərini məhkəməyə verdi

15:00

"Qalatasaray"ın Bakıda tutulan rəhbəri: "Mən bahalı həyat yaşamağı sevirəm"

12:33

Azərbaycan çempionatının ən bahalı futbolçusu müəyyənləşdi - SİYAHI

11:36

23 futbolçu göz qamaşdırır - FOTOLAR

11:01

Ronaldonun sevgilisi müsahibə üçün fantastik məbləğ tələb edir

11:00

Ağayev İsveçdə qızıl medal qazandı

10:55

Ronaldo 1000-ə çatdı

10:52

A seriyasının 3 oyunu təxirə salındı - Koronavirusa görə

01:41

“Məni Messi qucaqlayıb, paltarlarımı yumayacam"

01:02

Eddi İsrafilov bu tur nə ilə yadda qaldı?

00:42

Ronaldu Batistutanın uğurunu təkrarladı

00:07

Ağırlıqqaldırma üzrə ölkə birinciliyi yekunlaşdı

00:03

Böyük Dəbilqə: Rüstəm Orucov "bürünc" aldı

22 Fevral 2020
19:59

Meza Kolli: "Mən bilmirəm, AFFA bilir" - MÜSAHİBƏ

19:41

Zaur Həşimov: "Ən pis şey "qara zolağ"a düşməkdi"

19:37

Tərlan Əhmədov: "Pərviz hesabdan asılı olmayaraq meydana çıxacaqdı"

18:35

"Neftçi" Qəbələdə qazandı, "Keşlə" "Zirə"yə toy tutdu - YENİLƏNİB

18:02

Füzuli Məmmədov: "Oyun tam ürəyimcə olmadı"

17:24

Elmar Baxşıyevi əzmkarlıq qane edib

17:12

"Real" istədi, oyunçuya 150 milyon avro qiymət qoyuldu

16:08

İngiltərə nəhəngi kapitansız qaldı

14:02

"Əlacım olsa, Azərbaycanda bir dəqiqə qalmaram" - Təmkin Xəlilzadə

13:22

Böyük Dəbilqə: Cüdoçularımız mübarizəyə başlayır

12:03

"AVRO-2020"nin başlamasına 4 aydan az vaxt qalır - VİDEO

11:10

"Mançester Siti"nin ulduzu "Real"da?

10:13

"Hamı "Qarabağ"a məğlubiyyətimizə məyus oldu"

08:49

Futbolçunun model bacısı gözəlliyi ilə göz oxşayır - FOTOLAR

00:50

"Real" hücumçusunun taleyi ilə bağlı qərar verdi

00:34

Nazarov bu tur necə oynadı?

21 Fevral 2020
21:14

Saxtalaşdırılan Azərbaycan millisi - Dosyeyə bax, AFFA!

20:48

"Neftçi" "Turan"a, "Kəpəz" "Sumqayıt"a uduzdu

20:36

Fransalı ulduz "Fənərbaxça"dan getdi - RƏSMİ

20:19

Almeyda komandasını "Prezident Kuboku"nun yarımfinalına çıxartdı

19:01

Milli komanda başsız qaldı

17:25

Azərbaycanlı futbolçu Estoniya klubunda

16:44

AFFA iki milli komandanın baş məşqçisini açıqladı

16:08

Xaymenin qardaşı "Qarabağ"da belə dubl etdi - VİDEO

16:06

19 yaşlı futbolçu Çempionlar Liqasının ən yaxşısı oldu

15:49

Azərbaycan çempionatında ilk qızıl medalçı müəyyənləşdi

14:48

"Qəbələ" - "Neftçi": 52-ci duel

14:19

Milli Paralimpiya Komitəsinin rəhbərliyində dəyişiklik edildi - SİYAHI

13:41

Məşhur mütəxəssisin millimizi çalışdırmaq şərtləri: 3,5 milyon, 8-12 köməkçi…

13:09

PSJ baş məçqçisini dəyişir

Facebookdan bizi izləməyi unutmayın.