Fransa nəhəngi PSJ Çempionlar Liqasından kənarlaşdırıla bilər.
Fanat.Az "L'Equipe"ə istinadən xəbər verir ki, səbəb parislilərin maliyyə "feyr-pley"ini pozmasıdı. Daha öncə mətbuatda Fransa klubunun şişirdilmiş sponsorluq müqavilələri barədə məlumatlar yayılıb.Ardından isə UEFA Kilian Mbappe və Neymarın transfer detallarını yoxlamaq qərarına gəlib. PSJ buna görə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət ünvanlayıb.
PSJ Çempionlar Liqasının C qrupunda 5 xalla 3-cü yerdədi.
Fanat.Az