Türkiyə Super Liqasının lideri "Qalatasaray" növbəti qələbəsini qazanıb. Fanat.Az xəbər verir ki, "Karabükspor"u qəbul edən "Cim-Bom" 3:2 hesabına sevinib.
17-22-ci dəqiqələrdə Sofiane Feqhuli və Maykonun qollarına sevinən "Qalatasaray" üstünlüyü əldən verib. 27-ci dəqiqədə Mustafa Yatabare fərqi azaldıb, 84-cü dəqiqədə Yevgeni Seleznev (penalti) bərabərliyi təmin edib. Əlavə vaxtda isə Maykon dubl edərək "Qalatasaray"a qələbə qazandırıb.
Fanat.Az