13:58 13.01.2020 1363

Taekvondoçu Fəridə Əzizova məhkəmə-psixoloji ekspertiza ilə bağlı məsələyə cavab vermək istəmədi

Bu gün Nəsimi Rayon Məhkəməsində taekvondoçu Fəridə Əzizova və tanışı Aysel İsgəndərovanın Open.az saytı və jurnalistlərinə qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçiriləcək.

"Report”un əldə etdiyi məlumata görə, prosesdə Open.az və jurnalistlərin nümayəndəsi məhkəmədə iş üzrə məhkəmə-psixoloji ekspertizasının təyin olunması barədə vəsatət qaldıracaq.

"Bununla bağlı qeyd etmək istərdik ki, "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3 və 7-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir.

Həmin qərarda həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir”, - vəsatətdə qeyd edilib.

Nümayəndə vəsatətində bildirib ki, hazırda məhkəmənin müəyyən etməli olduğu məsələlərdən biri də iddiaçıların barəsində qeyd olunan məlumatların doğru olub-olmamasının müəyyən olunması üçün iş üzrə məhkəmə-psixoloji ekspertizası təyin olunmalıdır: "Belə ki, iddiaçı Əzizova Fəridə Şıxməmməd qızının geyimi və həyat tərzi, mətbuat vasitəsi ilə verdiyi müsahibələri, sosial şəbəkələrdə paylaşımları, şəkillərinə yazılmış şərhlər onun psixoloji vəziyyətinin müəyyən olunmasını zəruri hesab edir.

"Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun 23-cü maddəsinin 1-ci hissəsinə görə məhkəmə ekspertizası fəaliyyəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının məhkəmə ekspertizası idarələri tərəfindən həyata keçirilir”.



Vəkil vəsatətində qeyd edib ki, dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il tarixli Fərmanının 23-cü maddəsinin birinci hissəsində "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Ədliyyə Nazirliyi və Səhiyyə Nazirliyi həyata keçirirlər: "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 oktyabr 2011-ci il tarixli Fərmanında göstərilib ki, həmin Qanunun 23-cü maddəsinin birinci hissəsində nəzərdə 5 tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini məhkəmə-tibb (məhkəmə-psixiatriya) ekspertizası sahəsində Səhiyyə Nazirliyi həyata keçirir, məhkəmə ekspertizasının digər sahələrində Ədliyyə Nazirliyi, ilkin və əlavə məhkəmə-daktiloskopik və məhkəmə-ballistik ekspertizaları sahəsində isə həmçinin Daxili İşlər Nazirliyi həyata keçirir.

MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

Həmin Məcəllənin 97.3-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar.

Hazırkı mülki üzrə məhkəmə-psixoloji ekspertizası təyin olunsun və ekspertizanın keçirilib rəy verməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilsin. Ekspert qarşısında aşağıdakı suallar qoyulsun:

1. Əzizova Fəridə Şıxməmməd qızı və İsgəndərova Aysel Cümşüd qızının psixioloji emosional vəziyyətləri necədir?

2. Əzizova Fəridə Şıxməmməd qızı və İsgəndərova Aysel Cümşüd qızının psixi yaşları və fərdi-psixi xüsusiyyətləri, intelektual inkişafı və emosional halları nəzərə alınmaqla onların eyni cinslərə qarşı münasibətləri necədir?

3. Əzizova Fəridə Şıxməmməd qızı və İsgəndərova Aysel Cümşüd qızı eynicinsli hesab oluna bilərmi?”.

Məsələ ilə bağlı "Report" F.Əzizovaya müraciət edib. İdmançı suallara cavab vermək istəmədiyini, vəkili ilə əlaqə saxlanılmasını istəyib. F.Əzizovanın vəkili Yaqub Məmmədli də "Report”a açıqlamasında suala cavab verməkdən istəməyib.

Qeyd edək ki, taekvondoçu F.Əzizova və A.İsgəndərova Open.az və jurnalistlərinə qarşı iddia qaldırıb. Onlar iddialarında şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi, şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsi və digər tələblər irəli sürüblər. Proses Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın sədrliyi ilə keçiriləcək.

Oxşar xəbərlər

Xəbər lenti

26 Fevral 2020
12:05

ÇL-in oyunlarını hansı kanallar göstərəcək?

11:12

"Arsenal"ın futbolçusu: "Qarabağ"la oyunu heç vaxt unutmaram"

10:08

Məşhur baş məşqçi Azərbaycan millisində?

10:01

"Real" "Mançester Siti"yə, "Yuventus" "Lion"a qarşı

09:45

"Barselona" İtaliyada "sülh"ə razılaşdı - VİDEO

09:35

"Bavariya"dan darmadağın - VİDEO

09:03

Xocalı soyqırımından 28 il ötür

01:56

ÇL: "Barselona" Neapoldan sərfəli nəticə ilə dönür, "Çelsi" evində darmadağın oldu

00:45

Renatdan 90 dəqiqə və qol ötürməsi

25 Fevral 2020
22:15

Pektoviç millidə qaldı, amma...

21:33

Skarlatake "Xəzər Lənkəran"ın borclu olduğu pulu SOCAR-dan alacaq

21:00

Riçard Almeyda: "Əl-Əhli"ni yenməyin ayrı ləzzəti var"

18:07

"Qarabağ" Avropada 4-cü oldu

17:25

Kadırov MMA çempionu Yemelyanenko ilə döyüşdü

16:56

4 həftə keçdi, Məmmədov!

16:50

AFFA yarımçıq dayandırılan oyunla bağlı qərarını açıqladı

16:49

"Qarabağ" - "Sabah" matçında futbolçular arasında kütləvi dava

16:25

AFFA Mahir Emrelini bir, "Sabah"ın legionerini iki oyunluq cəzalandırdı

14:14

Elxan Məmmədovun veteranlarla görüşü niyə təxirə salınıb? - SƏBƏB

13:54

Koronavirus Tokio-2020-nin keçirilməsinə mane olmayacaq

13:52

"Səbail"in legioneri Bakıda Rayan Giqqzlə görüşdü

13:42

Sevgilisi 2 il ona işgəncə verib - FOTOLAR

13:12

"Sabah"ın koordinatoru: "Bölgərlərdə kəşf olunmamış uşaqlar var" - VİDEO

12:54

Azərbaycanın ən intizamlı və intizamsız klubları müəyyənləşdi

12:36

Rafael Ağayev olimpiya lisenziyası üçün Avstriyaya getdi

11:52

Arpaçay Karate Klubu XI Beynəlxalq “Baku Open” turnirinə hazırlaşır

11:34

"Sabah"ın futbolçusu: "Dəli kimi ora-bura qaçırdıq"

10:41

Azərbaycan Premyer Liqası: İntizamsızlığa görə Avropada üçüncü...

10:26

Məşhur futbolçu: "Bacım homosekualdı, mən də siqaret çəkirəm..."

09:39

Azərbaycanlı gəncdən İbrahimoviçsayağı qol - VİDEO

08:53

“Liverpul”dan ardıcıl 18-ci qələbə - VİDEO

03:02

AFFA "Neftçi"nin canlı əfsanəsinin ürək əməliyyatına pul vermədi

02:36

İdman direktoru tribunada infarktdan öldü

24 Fevral 2020
23:25

AFFA Ştuxlikin istəyini yerə saldı

22:44

YÜKSƏK LİQA: "Araz" "Neftçi"ni darmadağın etdi

19:54

1xBet ən yaxşı idman mərc platforması olaraq seçilib

18:06

Azərbaycanlı məşqçi İspaniyada biznes qurdu

17:01

Eden Hazard "AVRO-2020"dən kənarda qala bilər

16:49

Dünya çempionumuz karyerasını 28 yaşında bitirdi

15:42

Qurban Qurbanov Rayan Giqqzlə görüşdü

15:14

Qərb zonası üzrə yarışların ilkin mərhələsi başa çatdı - FOTOLAR

14:40

Abdullah Avcı Azərbaycan millisindən imtina etdi

14:34

Rayan Giqqz “Tofiq Bəhramov” və “Azərsun Arena”da - FOTOLAR

14:00

Millidən uzaqlaşdırılan dünya çempionumuza vəzifə verildi

13:09

Ramil Şeydayev: "Yaxşı təklif olsa, başqa qitəyə də gedə bilərəm"

12:57

İlham Əliyevdən Tokio-2020 ilə bağlı sərəncam

12:40

Prezident İqor Ponomaryovu təltif etdi

12:34

İspan futbolçu "Qarabağ"a niyə gəlmədi?

12:07

"Boyum uzun olduğuna görə sevgili tapa bilmirəm" - FOTOLAR

11:55

Sərbəst güləş yığmamız Kislovodska nəyə gedib?

11:29

Dabo: Premyer Liqada 40-cı, “Neftçi”də 20-ci

11:15

Millimizin forvardı ABŞ-da qələbəyə sevindi

11:09

Rayan Giqqz Bakı bulvarında görüntüləndi - FOTO

11:03

Maksim Medvedev - 300

10:58

Azər oynadı, Rafael Benitesin komandası darmadağın edildi

10:53

Paşayevin komandası uduzdu, bəs özü hanı?

10:46

Millimizin forvardı qələbə gördü

09:57

Abdullah Zubir: "Bu, uşaqlıqdan alışdığım oyun tərzidir"

23 Fevral 2020
22:55

"Fənər" axır ki, "söndürüldü", 21 illik həsrət bitdi

21:14

Qurban Qurbanov: "Bəsit "sarılar" aldıq, daha doğrusu, verdilər"

21:04

"Bu rəy Rəşad Sadıqova olan hörmət və inamdan formalaşıb"

20:47

Ayxan Abbasov: "Qarabağ"a qarşı açıq futbol oynamaq olmaz"

20:08

Rahid Əmirquliyev: "Yerli məşqçilərə güvənməyin vaxtıdı"

19:13

Mahir qol vurdu, "qırmızı" aldı, "Qarabağ" uddu

18:53

Jelko Sopiç: “Mənim komandamda yaxşı olanlar oynayır”

18:49

"Səbail"in baş məşqçisi: "Hər iki tərəf 1 xal qazandı"

15:50

Şotlandiya Azərbaycan millisinə 7 qol vurdu

15:14

Mahirin valideynləri bir-birlərini məhkəməyə verdi

15:00

"Qalatasaray"ın Bakıda tutulan rəhbəri: "Mən bahalı həyat yaşamağı sevirəm"

12:33

Azərbaycan çempionatının ən bahalı futbolçusu müəyyənləşdi - SİYAHI

Facebookdan bizi izləməyi unutmayın.