Arda Turanla bağlı şok iddia: Yığmada döyülüb

Türkiyə Futbol Federasiyasının sabiq rəsmisi Yaşar Aşçıoğlu yığma komandada yaşanan Arda Turan böhranının əsl səbəbini açıqlayıb. Fanat.Az xəbər verir ki, sabiq federasiya əməkdaşı "Fanatik"ə açıqlamasında Arda Turanın yığmanın düşərgəsində döyüldüyünü bildirib.


Onun sözlərinə görə, "Barselona"da oynayan futbolçunun TFF rəhbərliyi ilə arası 2015-ciilin noyabrında Qətərlə keçirilən yoxlama oyunu zamanı dəyib. Həmin vaxt yığmanın düşərgəsində olan prezident Yıldırım Demirörenin dostu ilə Arda arasında problem yaranıb: 


"Problemin kökü Qətərə gedib çıxıb. Yıldırım Demirörenin Kərəm adlı dostu var idi. Qətərdəki oteldə Arda Turanla yumruqlaşdı. Geri dənəndə "Mən çox ayıbhərəkət etdim" dedi, peşman olduğunu bildirdi və yığma ilə qayıtmayacağını qeyd etdi. Amma Yıldırım Demirören yaxın dostu yaxşı hərəkət etmiş kimi onun israrla komandaya ilə dönməsini istədi. İlk qığılcım burda yarandı, Arda incidi. Bunun güdazına Bilal Meşe getdi".


Qeyd edək ki, Arda Turan iyunun 6-da Makedoiya ilə oyundan dönərkən təyyarədə jurnalist Bilal Meşe ilə dava etmiş və bundan sonra yığma karyerasını başa vrmuşdu. Yaşar Aşçıoğlu bu hadisədən bir gün sonra istefa verib.


Fanat.Az


Ana Səhifə