Azərbaycanlı futbolçunun erməni baş məşqçisi istefa verdi

Aleksandr Qriqoryan Rusiyanın "Anji" klubunun baş məşqçi postundan istefa verib. 50 yaşlı mütəxəssis qərarını Premyer Liqanın VI turunda Moskva "Dinamo"suna 1:3 hesablı ev məğlubiyyəti ilə nəticələnən oyundan sonra açıqlayıb.


Erməni baş məşqçi qərarını ardıcıl məğlubiyyətlərlə əlaqələndirib. "Anji" ilk 6 tur ərzində cəmi 1 qələbə qazandığı halda, qalan 5 matçda uduzub. Hazırda Mahaçqala təmsilçisi 3 xalla 16 komanda arasında 15-cidir.


Qeyd edək ki, "Anji"də Moskva "Spartak"ından icarəyə götürülmüş əslən azərbaycanlı futbolçu Ayaz Quliyev də forma geyinir. O, "Dinamo" ilə görüşün 61-ci dəqiqəsindən sonra meydanda olub.


Fanat.Az

Ana Səhifə