Şeydayevin klubundan transfer - Maaşı açıqlandı

"Trabzonspor" "Beşiktaş"ın futbolçusunu transfer edib. Fanat.Az xəbər verir ki, Ramil Şeydayevin çıxış etdiyi klubu Olcay Şahanı heyətinə qatıb.


Bu barədə klub rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, 3,5 illik müqavilə imzalanan Olcay üçün "Beşiktaş"a 200 min avro ödənilib.


"Trabzonspor" futbolçunun maaşını da açıqlayıb. Olcay cari mövsümün sonunadək 850 min avro maaş alacaq. Növbəti 3 mövsümdə isə onun qazancı 1,7 milyon avro olacaq.


Fanat.Az

Ana Səhifə