Futbolçumuz oynadı, səfər qələbəsi gördü

Makedoniya Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Fanat.Az xəbər verir ki, həmyerlimiz Tural Hümbətovun şərəfini qoruduğu  “Pobeda” da ölkə kuboku çərçivəsində səfərdə “Breqalniça” ilə üz-üzə gəlib. 



Oyun Hümbətovun komandasının 3:2 hesablı qələbəsiylə başa çatıb. Tural meydana start heyətində çıxıb və sonadək əvəzlənməyib. 


Cavab qarşılaşması oktyabrın 18-də “Pobeda”nın meydanında keçiriləcək.



Fanat.Az

Ana Səhifə