Prezident qızları, generallar, məşhurlar Bakı Marafonunda - FOTOLAR

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu-2017" keçirilib.


Fanat.Az xəbər verir ki, marafonda Leyla, Arzu Əliyeva bacıları, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Təhsil naziri Mikayıl Cabbarov və Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi Anar Ələkbərov da iştirak edib.


Yürüşə şou-biznesin tanınmış simaları da qatılıb. Onların arasında əməkdar artistlər Ədalət Şükürov, Rafael İskəndərov, Coşqun Rəhimov, teleaparıcılar Murad Dadaşov, Kamilə Babayeva, müğənni Sevda Yəhyayeva, aktyor İslam Mehrəliyev və başqaları olub.


Qeyd edək ki, marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan 200-dək əcnəbi qoşulub. Tacikistan, Fransa, Qazaxıstan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çexiya və digər ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin rəhbərləri və nümayəndələri, tələbələr, idmançılar, bir sıra tanınmış ictimai-siyasi xadimlər iştirakçılar arasında olub. Marafona, həmçinin İsveçrə, Meksika, İraq, Brzailiya, Ukrayna, Fransa,Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və digər ölkələrdən gələrək qoşulanlar var. Yarışçılar arasında müxtəlif yaşda olanlar var. Marafonun ən yaşlı iştirakçısı bu vaxtadək müxtəlif ölkələrdə 40-dək marafona qoşulan 78 yaşlı Tarverdi Əliyev olub.


Fanat.Az

Ana Səhifə