Millimiz mövqeyini dəyişmədi

FIFA yığma komandaların 2017-ci ildə ilk reytinq siyahısını açıqlayıb. Fanat.Az xəbər verir ki, Azərbaycan millisi siyahıda 386 xalla 90-cı pillədə qalıb.


2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərə gəldikdə, Almaniya 1433 xalla 3-cü, Şimali İrlandiya 767 xalla 32-ci, Çexiya 671 xalla 43-cü, San Marino 17 xalla 202-ci pillədə qalıb. 418 xalla 1 pillə irəliləyən Norveç isə 84-cüdü.


Siyahının ilk 34 pilləsində dəyişiklik baş verməyib. Türkiyə 851 xalla 24-cü pillədə qalıbsa, Argentina 1634 xalla 1-ci, Braziliya 1544 xalla 2-cidi.


Qeyd edək ki, növbəti reytinq siyahısı fevralın 9-da açıqlanacaq.


Fanat.Az

Ana Səhifə