Özil qərarını verdi:"Arsenal"dan gedir

Mesut Özil London "Arsenal"ını tərk edəcək. Fanat.Az "Sport Bild"ə istinadən xəbər verir ki, Almaniya yığmasının türk yarımmüdafiəçisi 2018-ci ilin yayında klubunu dəyişəcək.


28 yaşlı futbolçu "topçular"ın fevralda irəli sürdüyü yeni müqavilənin şərtləriylə razılaşmayıb. "Arsenal" rəhbərliyinin həftəyə 280 min avro avro maaş təklifinə "yox" deyən Özil daha böyük hədəflər uğrunda mübarizə aparan klubda top qovmaq arzusundadı.


Qeyd edək ki, Mesut 2013-cü ildən "Arsenal"dadı. O, ötən mövsüm London təmsilçisinin heyətində 44 oyuna çıxıb, 12 qol vurub və 15 məhsuldar ötürməylə yadda qalıb.


Fanat.Az 

Ana Səhifə