PSJ "Real"ın ulduzuna təklif göndərdi: 150 milyon

PSJ "Real"ın gənc ulduzuna elçi düşüb. Fanat.Az xəbər verir ki, Paris klubu 21 yaşlı Marko Asensioya elçi düşüb.


Artıq PSJ "Real"a rəsmi təkliflə müraciət edib. Fransızların İspaniya klubuna 150 milyon avro təklif etdiyi deyilir. "Real"ın bu təklifə hansı cavab verəcəyi açıqlanmır.


Qeyd edək ki, "Kral Klubu" yarımmüdafiəçini 2015-ci ildə "Malyorka"dan 3,5 milylon avroya alıb. O, ötən mövsüm "Real"ın heyətində 38 rəsmi oyuna çıxıb və 10 qol vurub. "Transfermarkt" Asensioya 20 milyon avro qiymət qoyub.


Fanat.Az


Ana Səhifə