"Barselona" braziliyalı ulduzun transferini bitirdi - MƏBLƏĞ

"Barselona" Paulinyonun transferini açıqlamaq üzrədi. Fanat.Az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.


Bildirilib ki, "Barselona" artıq Çinin "Quanqzu Everqrande" klubu ilə anlaşıb. 25 milyonluq təklifi rədd edilən Kataloniya klubu bu dəfə 40 miyon avro təklif edib və nəticədə anlaşma əldə olunub. Transferin yaxın günlərdə açıqlaması gözlənilir.


Qeyd edək ki, Paulinyo 2015-ci ilin yayında "Tottenhem"dən "Quanqzu Everqrande"yə 14 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" 29 yaşlı yarımmüdafiəçiyə 15 milyon avro qiymət qoyub.


Fanat.Az


Ana Səhifə