"Bursaspor"un baş məşqçisi millimizin üzvündən danışdı

"Bursaspor"un baş məşqçisi Paul Le Quen komandanın Avstriya toplanışının ilk günündə mətbuat konfransı keçirib. Fanat.Az xəbər verir ki, fransız mütəxəssis yenidən komandaya qaytardığı millimizin üzvü Dəniz Yılmazdan danışıb: 


"Bir neçə gün əvvəl keçirdiyim mətbuat konfransında Dənizlə klub arasıdakı münasibətlərin düzəlməsinin çətin olduğunu bildirmişdim. Həqiqətən də çətin idi, amma bu gündən etibarən keçmişin keçmişdə qalmasının vacib olduğunu, klubunmaraqlarının hər şeydən öndə tutulmasının vacibliyini düşünürəm. Fikrimcə, Dəniz bizə faydalı ola biləcək futbolçudu. Hazırdaönəmli olan dialoq və qarşılıqlı münasibətlərdi. Bunu ən doğru şəkildə qurmağa çalışırıq. Dəniz bu gün komanda ilə birlikdə ilk məşqə çıxacaq. Əminəm ki, keçmişi keçəmişdə qoyacaq, nə baş veribsə, unudaraq bizimlə səmimi şəkildə hazırlıqlara başlayacan və komanda üçün bütün gücünü ortaya qoyacaq. Biri məsuliyyəti üzərinə götürməli idi və bunu mən etdim, Dənizin komandaya qoşulmasını istədim. Ümid edirəm ki, "Bursaspor"un maraqları baxımından doğru qərardı".


Fanat.Az


Ana Səhifə