"Debüt edəcəyik, təcrübəmiz azdı"- Ayxan Abbasov

”Differdanj” ölkəsinin ən güclü 2 klubundan biridi. Turnir cədvəlinə baxdım, komanda çempionla eyni sayda xal yığıb və yalnız top fərqinə görə ilk sıranı əldən verib”. Fanat.Az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib.

 

İlk dəfə Avroliqada mübarizə aparacaq "qartallar" I təsnifat mərhələsində Lüksemburq “Differdanj”ıyla münasibətlərinə aydınlıq gətirəcək. Təmsilçimizin çalışdırıcısı klubun feysbuk səhifəsinə açıqlamasında püşkü dəyərləndirib: 


“Rəqib haqda daha da geniş məlumat toplamağa çalışacağıq. Oyuna ciddi hazırlaşacağıq. İlk matçın evdə olması bizim üçün üstünlükdü. Bakıya döndükdən sonra həm hazırlaşmaq, həm də rəqibi analiz etmək üçün vaxtımız olacaq. Avropa Liqasında debüt edəcəyik, təcrübəmiz azdı. Çətin olacağını bilirik. Çalışacağıq ki, qarşıdakı iki görüşdə yaxşı oynayıb turu keçək".



Fanat.Az

Ana Səhifə