"Nizami Hacıyev milliyə çağırılacaq"- MİLLİNİN MƏŞQÇİSİ

"Nizami Hacıyev üçün millidə oynamaq məsələsi birdəfəlik bağlanmayıb. Nizami yaxşı futbolçudu və bunu ortaya qoyduğu oyunla da isbatlayır". Bu sözləri Fanat.Az-a açıqlamasında millinin məşqçisi Mahmud Qurbanov deyib.


Yığmamızın sabiq oyun qurucusu Robert Prosineçkiylə ulduzu barışmayan Hacıyevin ruhdan düşməməli olduğunu söyləyib: "Öz üzərində işləməli və ruhdan düşməməlidi. "Onun üçün milli dəftəri qapanıb" fikriylə qətiyyən razı deyiləm. Bu gün çağırılmırsa, sabah dəvət ala bilər".


Fanat.Az

Ana Səhifə