"Qalatasaray" növbəti transferini açıqladı

"Qalatasaray" növbəti transfer açıqlaması yayıb. Fanat.Az xəbər verir ki, İstanbul klubu Əlcəzair millisinin üzvü Sofian Fequli ilə transfer danışıqlarının başladığını elan edib:


"Peşəkar oyunçu Sofian Fequlinin klubumuza transferi ilə bağlı futbolçu və klubu "Vest Hem"lə rəsmi danışıqlar başlayıb".


Türk klubları bu tip açıqlamaları transfer bitiəndən sonra yayır. Bu səbəbdən keçidin yaxın vaxtda elan olunması gözlənilir.


Sabah Bakı vaxtı ilə sat 17.00-da İstanbula gələcəyi deyilən Fequlinin tibbi müayinədən sonra müqavilə imzalayacağı bildirilir.


Bu arada, futbolçu özü sosial media hesabından "Sabaha İstanbuldayam, inşallah" mesajını paylaşıb.


Qeyd edək ki, Fequli "Vest Hem"ə 2016-cı ildə "Valensiya"dan transfer olunub. Hazırda "Transfermarkt" 27 yaşlı yarrımüdafiəçiyə 12 milyon avro qiymət qoyub.


Fanat.Az


Ana Səhifə