"Səbail"lə "Kəpəz" xalsız başladı Bu gün Topaz Premyer Liqasının ilk turu yekunlaşıb. Fanat.Az xəbər verir ki, tur 2 oyunla başa çatıb.

Əvvəlcə “Zirə” debütant “Səbail”i sınağa çəkib. Samir Əliyevin 2 aya formalaşdırdığı kollektiv debüt oyununda qol vursa da, yenilgiylə barışıb.


“Sumqayıt” - “Kəpəz” görüşünü isə ortababların dueli adlandırmaq olardı. Avroliqaya yollanmaq istəyən tərəflərin oyununda aşkar favorit yox idi. Gəncəlilərin xal qazanacağını düşünənlərin proqnozu doğrulmayıb. "Kimyaçılar" 2:1 hesablı zəfərə sevinib.


Qeyd edək ki, çempionatımızda daha öncə 2 matç reallaşıb. Avqustun 11-də "Neftçi" öz meydanında "Qarabağ"a 1:3 hesabıyla uduzubsa, dünən "İnter" "doğma divarlar" arasında "Qəbələ"yə boyun əyib - 1:2.


Premyer Liqa
2017/18 mövsümü
I dövrə, I tur

13 avqust 

Zirə - Səbail 2:1

Qollar: Milan Duriç, 2. Riçard Qadze, 17 - Vüqar Nadirov, 43.

Zirə: 1. Anar Nəzirov (k), 5. Adil Nağıyev, 23. Yovan Krneta, 14. Qabriel Matey, 74. Yusif Nəbiyev, 4. Vüqar Mustafayev, 8. Milan Duriç, 9. David Manqa, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze, 10. Orxan Əliyev.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 39. Sadiq Quliyev, 13. Aleksandr Şemonayev, 7. Kerven Belfor, 11. Viktor İbekoyi, 17. Vüsal İsgəndərli, 19. Elgün Nəbiyev, 38. İlkin Muradov, 99. Nicat Qurbanov, 98. Elçin Əliyev.

Baş məşqçi: Ayxan Abbasov.

Səbail: 1. Emil Balayev, 25. Eqdaras Zarskis, 23. Ayron Stati, 99. Maudo Jarjue, 20. Elton Yaqublu (k), 3. Tamazi Tsetsxladze, 8. Aqşin Muxtaroğlu, 17. Vüqar Nadirov, 66. Pərviz Qaraxanov, 11. Elman Taqayev, 10. Nurlan Novruzov.

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 98. Kamran Əliyev, 7. Emin Mehdiyev, 26. Kamal Qurbanov, 9. Raul Yaqubzadə, 13. Murad Musayev, 4. Amit Quluzadə, 5. Seymur Əsədov, 77. Təyyar Məmmədov, 2. Sahil Mirzəyev.

Baş məşqçi: Samir Əliyev.

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Nahid Əliyev, Ramil Diniyev.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Zirə İdman Kompleksinin stadionu.

Sumqayıt - Kəpəz 2:1

Qollar: Cavid İmamverdiyev, 16; Amil Yunanov, 74 - Viktor Oseqeyl, 52

Sumqayıt: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov (k), 5. Vüqar Bəybalayev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov.

Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov, 6. Kamal Mirzəyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 17. Fərid Kərimzadə, 39. Tural Bayramlı, 90. Ramil Hasanov.

Baş məşqçi: Samir Abasov.

Kəpəz: 1. Davud Kərimi, 21. Novruz Məmmədov, 3. Dedimar Fereyra, 4. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 11. Kamran Abdullazadə, 7. Sergey Çernışev, 20. Samba Dialo, 9. İlkin Sadıqov, 8. Viktor Oseqeyl.

Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 12. İlyas Səfərzadə, 2. Yusif Cəfərov, 10. Tural Rzayev, 6. Ceyhun Cavadov, 16. Azər Məmmədov, 15. Azad Kərimov

Baş məşqçi: Şahin Diniyev.

Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Rahil Ramazanov, İnqilab Məmmədov.

AFFA nümayəndəsi: Elbrus Abbasov.

Hakim-inspektor: Xaqani Məmmədov.

Sumqayıt. Şəhər stadionu.


Fanat.Az

Ana Səhifə